Bakı
21.06.2024
“Meqa Sığorta” ASC Risklərin idarə olunması üzrə yeni komanda üzvlərini dəvət edir.
Vakansiya: Baş mütəxəssis.
Namizədlərə olan tələblər:
Təhsil: Ali – İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə.
İş təcrübəsi: Risklərin idarə olunması sahəsində – 3 il
Müvafiq sahə üzrə qanunvericilik bilikləri.
Kompüter bacarıqları: MS Office proqramlarından istifadə bacarığı, Pythonda işləmək bacarığı üstünlükdür.
Dil bilikləri: Azərbaycan dili, İngilis dili: C 1 dərəcədə.
Riyazi, statistik biliklər. CFA və ya FRM sertifikatı arzuolunandır.
Şəxsi keyfiyyətlər və bacarıqlar: Risk yönümlü düşüncə, təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, operativlik, intizamlılıq, dəqiqlik və məsuliyyət.
Əsas vəzifə öhdəlikləri:
Monitorinq – Maliyyə təşkilatları və təkrarsığorta şirkətlərinin reytinqlərinin nəzarətdə saxlanılması və onların mütəmadi yenilənməsində iştirak etmək.
Metodologiyaların hazrlanması – Maliyyə risklərinin idarə edilməsi ilə bağlı siyasət sənədlərinin, prosedur və metodologiyaların hazırlanması va yenilənməsində iştirak etmək.
Risklərin müəyyənləşdirilməsi – Mütəmadi olaraq risklərin qiymətləndirilməsində və onun nəticəsində risk xəritəsinin hazırlanmasında iştirak etmək.
Təhlil/Təklif – Şirkətin kapital adekvatlığı və stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində və nəticələri ilə baglı təkliflərin verilməsində iştirak etmək.
Təhlil/Təklif – Maliyyə riskləri limitlərinin hesablanmasına dair təkliflərin verilməsi.
Risk İştahası Bəyənnamasi – Risk İştahası Bəyannaməsinin hazrlanmasında iştirak etmək.
Risklərin qiymətləndirilməsi – Risklərin qiymətləndirilməsi və idarə edilməsi məqsədilə digər departamentlərdan, elektron infomasiya sistemlərindən, eləcə də xarici mənbələrdən alınmış məlumatları təhlil etmək.
Risklərin qiymətləndirilməsi – Riyazi va statistik metodlardan istifadə etməklə maliyyə risklərinin qiymətləndirilməsi.
Dəstək – Maliyyə riskləri ilə bağlı șirkətin digər departamentlərinə məsləhətər vermək və metodoloji yardan göstərmək
Hesabatlıq – Müvafiq daxili hesabatların hazırlanmasında iştirak etmək
Vəzifə təlimatından irəli gələn digər işləri həyata keçirmək.
Əmək şəraitinin şərtləri:
Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.
İş vaxtı: 09:00-dan 18:00 –dək olmaqla 5 günlük iş həftəsi.
Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
Tibbi sığorta təminatı.
Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.
“Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.
Zəhmət olmasa mövzu bölməsində “Baş mütəxəssis – Risklərin idarə olunması” qeyd etməklə CV-nizi [email protected] e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |