20 C
Baku
Saturday, September 28, 2024

Kiçik mühasib – Mega Insurance

0
Kiçik mühasib – Mega Insurance
Bakı
28.06.2024

“Meqa Sığorta” ASC Mühasibatlıq şöbəsinə yeni komanda üzvlərini dəvət edir: Kiçik mühasib.

Namizədə olan tələblər:

  • Təhsil: Ali (Mühasibatlıq və Maliyyə ixtisası).
  • Maliyyə üzrə beynəlxalq sertifikatlar (ACCA) – üstünlükdür.
  • Vergi Məcəlləsini  və Milli Mühasibat uçotu standartlarını üzrə biliklər.
  • Dil bilikləri: Azərbaycan dili,  İngilis dili – B2.
  • Kompüter bacarıqları: MS Word və MS Excel – sərbəst istifadəçi. Elektron portallarla işləmək bacarığı.
  • Şəxsi və işgüzar  keyfiyyətləri:  İnkişaf yönümlü,  dəqiq, məsuliyyətli, operativ, təmkinli, analitik düşüncəli, yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarıqları ilə.

Əsas vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üzrə ilkin sənədlərin işlənməsi.
  • Elektron qaimə-fakturaların tərtib edilməsi və göndərilməsi.
  • Müştərilərlə üzləşmələrin həyata keçirilməsi və müvafiq aktların bağlanması.
  • Bank hesablarıuyğun muxabirləşmələrin verilməsi.
  • Əsas vəsaitlərin və inventarizasiya uçotunun aparılması.
  • Xəstəlik vərəqəsinin hesablanması və ezamiyyənin hazırlanması.
  • Vəzifə təlimatına uyğun digər işlərin yerinə yetirilməsi.

Əmək şəraitinin şərtləri:

  • Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq 600 manatdan (vergilər nəzərə alınmaqla) başlayır.
  • İş vaxtı: 09:00-dan 18:00 –dək olmaqla 5 günlük iş həftəsi.
  • Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
  • Tibbi sığorta təminatı.
  • Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.

Zəhmət olmasa mövzu bölməsində “Kiçik mühasib” qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

Vakansiya tələblərinə  uyğun gələn namizədlər müsahibəyə dəvət olunacaqdır. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib