İşin təsviri
Əmək haqqı: NAMİZƏDİN BİLİK və TƏCRÜBƏSİNDƏN ASILI OLRAQ
İş yeri və qrafik: Bakı şəhəri, Renessans Plaza. 5 gün (şənbə/bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi (nahar şirkət hesabına)).
Fəaliyyət istiqaməti: İnşaat, investisiya, kənd təsərrüfatı, istehsalat, nəqliyyat, HoReCa (otel, restoran, kafe) əczaçılıq, loistika, katerinq, İT.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubun mövzu hissəsində (Hüquqşünas) qeyd edin.
Əsas vəzifə və öhdəlikləri:
- Şirkət-daxili korporativ qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
- Müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır, Şirkət adından bağlanılan müqavilələrin tərtib edilməsində iştirak edir və həmin müqavilələrin hüquqi cəhətdən düzgün tərtib edilməsi barədə rəy verir;
- Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə uyğunluğunu və Şirkətin siyasətinə uyğunluğunu təmin edir;
- Vergi, satınalma, əmək, gömrük və digər qanunvericiliyin tələblərinə uyğun Şirkətdə hüquqi proseslərin tənzimlənməsini həyata keçirir;
- Bağlanmış müqavilələrin düzgün icra olunmasında Şirkətin aidiyyəti strukturlarına hüquqi yardım göstərir;
- Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatı həyata keçirir, normativ sənəd bazasını hazırlayır, zəruri dəyişiklikləri edir;
- Şirkətin mənafeyinin müdafiəsi tələb edilən işlər üzrə məhkəmələrdə baxılan işlərdə iştirak edir və onların etibarlı müdafiəsini təmin edir;
- Birbaşa tabe olduğu rəhbərin nəzarəti altında iddia ərizələrini, pretenziyalarını, məhkəmə aktlarından apelyasiya, kasasiya və müxtəlif tipli şikayətlərin hazırlanması;
- Daxil olan ərizə, şikayət və tapşırıqları keyfiyyətlə icra edir;
- Şirkətin adından mülki, cinayət və digər xarakterli əməllərin qarşısının alınması üçün iddialar qaldırır;
- Şirkətin birbaşa təsisçisi və ya payçı olduğu törəmə və asılı şirkətlərindən daxil olan hüquqi sənədlərə rəy və müvafiq hüquqi dəstək verir;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
- Ali Hüquq Təhsili;
- Müvafiq sahədə 1-3 illə kimi iş stajı;
- Stress və gərgin iş şəraitində işləmək bacarığı;
- Böyük iş həcmi ilə işləmək bacarığı.
Gözlənilən müvafiq təcrübə:
- Əsasən Mülki, Mülki Prosessual, Əmək, İnzibati Xətalar və baza vergi biliklərinə dair qanunvericiliyi
- Dövlət Satınalma haqqında AR Qanunu (tender və kotirovkaların keçirilməsi qaydalarını);
- İşgüzar və korporativ yazışma əsaslarını;
- Peşəkar ünsiyyət psixologiyası;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
- Korporativ İdarəetmə sisteminin əsasları, daxili korporativ sənədlərin işlənib hazırlanması təcrübəsi.
- Müxtəlif xarakterli işgüzar müqavilələr hazırlamaq, hazır və ya kontragentlərin təqdim etdiyi müqavilələrə təmsil etdiyi tərəfin maraqlarına cavab verən müvafiq əlavə, dəyişikliklərin edilməsi, hüquqi rəylərin tərtib edilməsi və s. ;
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərin tərtibatını;
- Azərbaycan dilini yüksək səviyyədə bilmək, ingilis və rus dilləri arzu olunandır;
- Word, Excel , Outlook və Power Point proqramları.
- [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |