12 C
Baku
Saturday, November 23, 2024

Aİ Şurası Ukraynaya 4.2 mlrd. avronun ayrılmasını təsdiqləyib

Avropa İttifaqı Şurası əvvəllər razılaşdırılmış 50 milyard avroluq paket çərçivəsində Ukraynaya təxminən 4.2 milyard avro ayrılması ilə bağlı Aİ səfirlərinin razılaşdırdığı qərarı təsdiqləyib. Bu barədə Şuraya Macarıstan sədrliyi “X” sosial şəbəkəsində məlumat verib.

Martın 8-də Ukraynanın Baş naziri Denis Şmıqal bildirib ki, Avropa İttifaqı Ukrayna üçün 50 milyard avro dəyərində dörd illik proqrama başlayıb.

Fevralın əvvəlində Aİ liderləri Macarıstanın Baş naziri Viktor Orbanın Aİ-nin Budapeştə dondurulmuş qrantları səbəbindən əvvəllər blokladığı 50 milyard avro yardımın Ukraynaya ayrılmasına yekdilliklə razılaşıblar.

Martın 20-də Avropa Komissiyası Kiyevə 2024-cü il üçün büdcə yardımının ilk tranşını köçürüb. Aprelin 24-də AK Ukraynaya 1.5 milyard avro məbləğində makromaliyyə yardımının ikinci tranşını ayırıb.

Son xəbərlər
Digər xəbərlər