11 C
Baku
Monday, November 25, 2024

AMB: Milli valyutada kiçikhəcmli əməliyyatların sayında artım müşahidə olunur

Bu ilin əvvəlindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində milli valyutada kiçikhəcmli əməliyyatların sayında artım müşahidə olunur.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Taleh Kazımov bildirib ki, bir ildən yuxarı milli valyutada əməliyyatların payı 56 %-ə artıb: “Bu islahatlar bank sektorunda olan inama müsbət təsir edib. Son illər ərzində xarici valyutada əmanətlərin payı azalıb. 2024-cü ilin oktyabrında bu göstərici 34 % olub. Digər tərəfdən, cari ildə ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 56 milyard manata çatıb”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər