8 C
Baku
Friday, November 29, 2024

Aİ və Ukrayna Kiyevə 18.1 milyard avroluq kreditin ayrılması haqqında memorandum imzalayıb

Avropa İttifaqı (Aİ) və Ukrayna Yeddilik Qrupunun (G7) razılaşması çərçivəsində Kiyevə 18,1 milyard avro məbləğində kreditin ayrılması haqqında Anlaşma Memorandumu imzalayıb.

Bu barədə Avropa Komissiyası rəhbərinin müavini Valdis Dombrovskis “X” sosial şəbəkəsində yazıb.

“Ukraynaya təcili ehtiyaclarını qarşılamağa kömək edəcək 18,1 milyard avro məbləğində makromaliyyə yardımına dair Anlaşma Memorandumunu Aİ adından imzalamaq mənim üçün böyük şərəfdir”, – o bildirib.

V.Dombrovskisin sözlərinə görə, bu, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə Ukraynaya dəstəklə bağlı G7 təşəbbüsünün bir hissəsidir.

Son xəbərlər
Digər xəbərlər