Hakan Fidan Qara dənizdə gəmilərə hücumlarda Azərbaycan və Türkiyə dənizçiləri həlak olub, bu, qəbuledilməzdir deyib

“Rusiya-Ukrayna münaqişəsi başlayandan müharibəni Qara dənizdən uzaq tutmağa çalışdıq”.

Bunu Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, son aylarda Qara dənizdə gəmilərə istiqamətlənən hücumlar artıb: “Bu hücumlarda Azərbaycan və Türkiyə dənizçiləri həlak olub. Bunun davam etməsi qəbuledilməzdir. Tərəflərə lazımi xəbərdarlıqları edirik. Türkiyə olaraq, Rusiya-Ukrayna müharibəsində sülhə nail olunması üçün təmaslarımızı davam etdirik. Ən pis sülh belə savaşdan yaxşıdır”.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər