Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərinin “Avropa Mobillik Həftəsi”ndə iştirakı üçün müraciət edib və namizədlik təsdiqlənib.
AYNA-dan verilən məlumata görə, bununla əlaqədar 16–22 sentyabr tarixlərində paytaxtda davamlı və təhlükəsiz hərəkətliliyin təşviqinə yönəlmiş silsilə tədbirlər keçiriləcək.
Həftənin əsas tədbirlərindən biri sentyabrın 20-də keçiriləcək “Avtomobilsiz Gün” olacaq. Həmin gün saat 10:00-dan 20:00-dək Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.







