7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan iqtisadiyyatı son bir ildə ilk dəfə böyüməyə başladı

Uzun sürən fasilədən sonra Azərbaycan iqtisadi artımı bərpa olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2021-ci ilin yanvar-may aylarında ölkədə 31 milyard 532.5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0.8 faiz çox olması deməkdir.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6.7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4.5 faiz artmışdır.

ÜDM istehsalının 41.2 faizi sənaye, 10.4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.5 faizi nəqliyyat və anbar təsərrüfatı, 5.3 faizi tikinti, 4.2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1.9 faizi informasiya və rabitə, 1.0 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18.8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.7 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 3 150.6 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər