-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan və Tacikistan prezidentləri telefonla danışdı

Mayın 7-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Emoməli Rəhmon koronavirus pandemiyası ilə mübarizədə Azərbaycanın ölkəsinə göstərdiyi yardımı yüksək qiymətləndirərək indiki çətin dövrdə bunu qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi dəyərləndirib.

Dövlət başçısı dost və qardaş xalqlarımızın hər zaman, xüsusilə də ağır pandemiya dövründə bir-birinin yanında olmasının önəmini vurğuladı və bunu dostluq münasibətlərimizin təbii göstəricisi kimi qiymətləndirib.

Dövlət başçıları koronovirus pandemiyası ilə mübarizə istiqamətində ölkələrimizdə həyata keçirilən işlər barədə fikir mübadiləsi aparıblar və ikitərəfli münasibətlər, o cümlədən iqtisadi əməkdaşlığın perspektivləri, nəqliyyat-tranzit problematikası ilə bağlı məsələləri müzakirə ediblər.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər