Azərbaycanda sertifikatlar QR kodla veriləcək

Bütün sertifikatlar QR kodlarla veriləcək. Artıq məşhur mağaza şəbəkələrinin birində ölçmə cihazlarının hamısında QR kodlar var. Bununla da istehlakçı hansısa məhsul aldıqda ölçmə cihazının üzərindəki QR kodu oxutmaqla sertifikatın nə vaxt və hansı qurum tərəfindən yoxlanılması haqda məlumat əldə edə biləcək.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilin yekunlarına dair hesabat tədbirində çıxışı zamanı deyib.

Sədr bildirib ki, ölçü cihazlarının üzərindəki QR kod istehlakçıda əminlik yaradacaq.

O bildirib ki, artıq yanacaqdoldurma məntəqələrində də bənzər addım atılıb.