“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin balansında olan nəqliyyat vasitələrinin satışı üzrə 30 noyabr 2022-ci il tarixində keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.
Banker.az xəbər verir ki, hərracda 6 nəqliyyat vasitəsi satılıb.
İlkin start qiyməti 7 000 manat olan Hyundai Sonata Minik markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 12 000 manata satılıb.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Satılan nəqliyyat vasitələrinin siyahısı aşağıdakı kimidir:
№ | Balanssaxlayıcı təşkilatın adı | Nəqliyyat vasitəsinin markası | Dövlət nömrə nişanı | Buraxılış ili | İlkin hərrac qiyməti (manatla) | Yekun hərrac qiyməti (manatla) |
1 | “ABB” ASC | Hyundai Sonata Minik | 10 AN 824 | 2009 | 7000 | 12000 |
2 | “ABB” ASC | Volkswagen Caddy yük zirehli | 10 JU 089 | 2006 | 3500 | 3500 |
3 | “ABB” ASC | VAZ 21214 Minik | 75 AF 141 | 2005 | 2000 | 2000 |
4 | “ABB” ASC | Volkswagen Passat Minik | 77 PS 958 | 2014 | 12000 | 12000 |
5 | “ABB” ASC | Hyundai İX-35 Minik | 10 PR 257 | 2013 | 22000 | 22000 |
6 | “ABB” ASC | Hyundai İX-35 Minik | 10 PL 118 | 2012 | 18000 | 18000 |