Bankomat kartından 570 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nurlan Əsədov saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də paytaxt sakini Xanım Əsədovanın bankomat kartından 570 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini Nurlan Əsədov saxlanılıb.