Baş hüquqşünas – məsləhətçi
Təhsil – ali hüquqi;
İş təcrübəsi – 5 ildən artıq bankda hüquqşünas işləmiş ;
Ümumi və xüsusi tələblər:
Kompyuter bacarığı: Microsoft Office- də sərbəst işləmə qabiliyyəti;
Azərbaycan və rus dillərini sərbəst bilməli;
Hədəfə çatan;
Təşəbbüskar;
İşgüzar;
Komandada işləmək bacarığı olmalı;
Öyrənmək qabiliyyəti yüksək olmalı;
Cinsi – kişi;
İşin təsviri – vəzifə səlahiyyətləri:
- Məhkəmə orqanları ilə qarşılıqlı əlaqələr quraraq problemli aktivlər üzrə məhkəmənin qərarının borclu tərəfin mənafeyinə zərər yetirmədən bankın marağına uyğun verilməsi üzərində çalışmaq;
- Zərurət olduqda ümumi yurisdiksiyalı məhkəmələrin və arbitraj məhkəmələrinin, o cümlədən borcluların iflas olması kimi işlərdə məhkəmə iclaslarında iştirak etmək;
- Borcluların iflas prosedurunun müşayiət edilməsi;
- Notariat orqanları ilə qarşılıqlı əməkdaşlıq etmək;
- Təhqiqat, istintaq, prokurorluq orqanları, başqa hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət göstərərək səhlənkar borclulara qarşı cinayət-hüquqi məsələlərin qaldırılması və təqib edilməsi;
- Problemli borclular tərəfindən törədilmiş hüquqazidd hərəkətlərə qarşı cinayət işinin açılmasında lazımı sənədlərin hazırlanaraq təhqiqat orqanlarına təqdim edilərək kömək göstərilməsi;
- Səhlənkar borclu barəsində başlanılmış cinayət işləri üzrə istintaq araşdırmalarının səmərəliliyinin artırılması üçün zəruri olan tədbirlər kompleksinin hazırlanıb həyata keçirilməsi.
- Zərurət yaranarsa, cinayət işləri üzrə təhqiqatlarda iştirak etmək, onların monitorinqini aparmaq və istintaq həyata keçirmək.
CV formasını məzmun hissədə “Baş hüquqşünas-məsləhətçi” yazaraq [email protected] ünvanına göndərməyinizi xahiş edirik