9 C
Baku
Friday, December 13, 2024

Belarusdan silah, polad və dəmir ixracına qadağa qoyuldu

Böyük Britaniya Belarusa qarşı sanksiyaların siyahısına yeni məhdudiyyətlər əlavə edib.

Bu barədə Birləşmiş Krallıq hökumətinin saytında idxalçılar üçün dərc olunun izahatda bildirilib.

Sənədə əsasən, Britaniyaya Belarusdan silah, polad və dəmir idxalına qadağa qoyulub, həmçinin kalium gübrələri ilə bağlı məhdudiyyətlər genişləndirilib.

“Belarusdan idxala qoyulan yeni sanksiyalar 2022-ci il iyulun 5-də daha geniş ticarət sanksiyaları paketi ilə birlikdə qüvvəyə minib. Buraya silah və onunla əlaqəli olan materiallar, dəmir və polad, kalium gübrələrinə və faydalı qazıntılara genişləndirilmiş məhdudiyyətlər daxildir”, – sənəddə belə deyilir.

Britaniya XİN bildirib ki, sanksiyaların gücləndirilməsinə səbəb Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlara Minsk tərəfindən fəal dəstək verilməsidir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər