Təmir krediti

    0

    Borcalana dair tələblər

    Yaş: minimum 18 yaş – maksimum 65 yaş


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    Kreditin şərtləri

    Məbləğ : 100 000 manata qədər

    Müddət : 36 ay

    İllik faiz dərəcəsi :

    • Müddət 12 ayadək olduqda – 21%;
    • Müddət 18 ayadək olduqda – 22%;
    • Müddət 24 ayadək olduqda – 23%;
    • Müddət 36 ayadək olduqda – 24%.
      Qeyd: Bu məhsul üzrə yeni müştərilərə kredit verərkən mövcud faiz dərəcələrindən 0.5% aşağı, müsbət kredit tarixçəsi olan təkrar müştərilərə yenidən kredit verilərkən isə mövcud faiz dərəcələrindən 1 bənd aşağı faiz dərəcələri tətbiq edilir.

    Komissiya : 1 % (minimum 20 AZN)

    Qeyd: Zaminliklə verilən kreditlər istisna digər kreditlərdə sığortası məcburidir. Sığorta komissiyası borcalanın yaşından, kredit müddəti və məbləğindən, həmçinin sığorta şirkətindən asılı olaraq dəyişir.

    Təminat : 
    Kreditin təminatı olaraq daşınmaz əmlak və depozit girov götürülür.
    1. Girov daşınmaz əmlak olduqda, onun likvid dəyəri əsas götürülməklə kreditin təminat səviyyəsi 1 ilə qədər verilən kreditlər üzrə minimum 140%, əlavə veriləcək kredit kartı da nəzərə alınmaqla isə minimum 135 %, 1 ildən yuxarı verilən kreditlər üzrə isə kreditin təminat səviyyəsi 150%, əlavə veriləcək kredit kartı da nəzərə alınmaqla isə minimum 145 % təşkil etməlidir.
    2. Girov pul vəsaiti olduqda, kreditin təminat səviyyəsi minimum 110%, əlavə veriləcək kredit kartı da nəzərə alınmaqla isə minimum 105 % təşkil etməlidir.

    DTİ tələbi

    Borcalanın ayliq borc yükünün onun gəlirlərinə nisbəti (DTİ əmsalı) hesablanmalıdır. DTİ əmsalı qeyd olunan düsturla hesablanır.Burada,

    • D – borcalanın borc yükü
    • PMT – yeni kredit üzrə aylıq ödəniş
    • İ – borcalanın vergidən sonra xalis gəliri

    DTİ əmsalı borcalanın gəlirləri yaşayış minimumu (180 manat) göstəricisinin 3 mislindən aşağı olduqda 40% – dən, yuxarı olduqda isə 50% – dən artıq ola bilməz.