10 C
Baku
Thursday, December 12, 2024

Dünyanın ən çox ziyarət olunan 10 şəhəri

“Euromonitor International” 2023-cü ildə dünyanın ən çox ziyarət olunan 10 şəhərinin reytinqini dərc edib. İstanbul lider olub – 20.2 milyon insan onu ziyarət edib. London və Dubay müvafiq olaraq ikinci və üçüncü yerləri tutub.

Nyu-York turistlərin sayına görə ilk on şəhərə daxil olan yeganə ABŞ şəhəridir. Buraya 11 milyon insan gəlib – 2022-ci ildən 2023-cü ilə qədər 24% artım.

2023-cü ildə beynəlxalq səyahətçilər üçün ən yaxşı 10 şəhər:

  1. İstanbul (Türkiyə)
  2. London (Böyük Britaniya)
  3. Dubay (BƏƏ)
  4. Antalya (Türkiyə)
  5. Paris (Fransa)
  6. Honkonq
  7. Banqkok (Tailand)
  8. Nyu-York (ABŞ)
  9. Kankun (Meksika)
  10. Məkkə (Səudiyyə Ərəbistanı)

Qeyd edək ki, dünyanın ən yüksək həyat keyfiyyətinə malik olan şəhəri Sürixdir. “The Economist” jurnalı dünyanın 173 şəhərində yaşayış şəraitinin reytinqini dərc edib. Reytinqin tərtib edilməsi zamanı siyasi sabitlik, səhiyyə, mədəniyyət, ətraf mühit, təhsil və infrastruktur kimi amillər nəzərə alınıb.

Son xəbərlər
Digər xəbərlər