“İranda uranın zənginləşdirilməsi imkanlarını artırmaq üçün üç aydan az müddət ərzində daha müasir 1 000 ədəd sentrifuqa quraşdırılacaq”.
“TRT Haber” xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi bildirib.
O, İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Fərdodakı uranın zənginləşdirilməsi müəssisəsini ziyarət edəndən sonra keçirdiyi brifinqdə bildirib ki, ölkəsinin nüvə sahəsində fəaliyyəti əvvəlki illərlə müqayisəedilməz şəkildə inkişaf edib.
B.Kamalvəndi deyib ki, 17 kq uranı 20 faizədək zənginləşdiriblər.