16 C
Baku
Thursday, April 25, 2024

Böyük mühəndis-proqramlaşdırıcı – SOCAR

0
Böyük mühəndis-proqramlaşdırıcı – SOCAR
Sumqayıt
25.10.2021

Vəzifə haqqında məlumat
Vakansiyanın adı Böyük mühəndis-proqramlaşdırıcı
Elanın bitmə tarixi 25.10.2021
Keçid kodu 06844/2021 EXT
Müəssisə, Təşkilat Azərikimya İB
Struktur vahidi Avtomatlaşdırma və metrologiya şöbəsi
Ştat vəzifəsinin adı Böyük mühəndis-proqramlaşdırıcı
Struktur vahidinin ünvanı Sumqayıt şəhəri, S.Vurğun küçəsi 1
Şəhər/rayon Sumqayıt şəhəri
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 13
Əmək haqqı 1120.00 azn/aylıq
Əlavə məlumat Hər iş gününə görə 3 AZN yemək pulu verilir.
İş şəraiti Normal
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunmur
Sığorta Tibbi, Həyat
Fəaliyyətlər
Riyazi modellərin və alqoritmlərin təhlili əsasında iqtisadi və digər
məsələləri həll edən proqramların, işin texnologiyasının və onun həllinin
ardıcıllığının işlənib hazırlanması

1. Mütərəqqi, iqtisadi cəhətdən əsaslandırılmış texnoloji proseslərin
işlənməsi, tətbiqi edilməsi və Zavodun məhsul buraxılışı rejimlərinin işlənib
hazırlanması
2. İstehsalatın texnoloji hazırlığının və texniki cəhətdən yenidən
qurulmasının təşkil edilməsi
3. Xammala, materiala və əmək sərfinə qənaət edilməsi üzrə işlərin təşkil
edilməsi
4. Yeni sınaq və sənaye qurğularının layihələrinin işlənib hazırlanmasını,
qeyri – standart avadanlıqların, obyektlərin yenidən qurulması və əmək
tutumlu proseslərin mexanikləşdirilməsi üzrə işlərin təşkil edilməsi
5. Məhsulun və işlərin keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək
istehsal rejiminin təşkil edilməsi
6. Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnoloji
sənədləşdirməsinin hazırlanması
8. Avadanlıqların, texnoloji ləvazimat və alətlərin tətbiqinin, avadanlıqlardan
istifadə normativlərinə riayət olunmasının və s. təşkil edilməsi
9. Yeni texnikanın və texnologiyanın tətbiqi, sınağı və mənimsənilməsi
müddətinin azaldılması üzrə tədbirlərin hazırlanmasında iştirak edilməsi
10. İstehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və
əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edilməsi.

Proqramlaşdırmanın avtomatlaşdırma metod və vasitələrinin, nümunəvi və
standart proqram vasitələrinin işlənib hazırlanması və tətbiq edilməsi
1. Verilən texniki tapşırığa uyğun C və ASP (Active server pages) Net
proqramlaşdırma dillərində, Oracle və MS SQL (structured query language)
Server verilənlər bazasında işləyən proqram təminatlarının işlənib
Vəzifə öhdəlikləri (funksiyalar)
hazırlanması
2. Yeni proqram təminatının hazırlanmasının təmin edilməsi
3. Proqrama daxil olan şərtlərin maksimum miqdarının həllini təmin edən
məlumatların cəminin təyin edilməsi
4. Mövcud proqram təminatına texniki dəstəyin göstərilməsi
5. Mövcud proqram təminatının inkişaf etdirilməsinin təmin edilməsi
6. Proqram təminatının test edilməsinin təmin olunması
7. Səhvlərin aşkar edilməsi, lokallaşdırılması və kənarlaşdırılması üzrə
komputer proqramının işlənib hazırlanması
8. Məlumatların alqoritm və strukturunun təsviri üçün proqram dilinin
seçilməsinin həyata keçirilməsi
9. Tətbiq edilmiş proqramların və proqram vasitələrinin müşayiət edilməsi
10. Proqramlarla iş üzrə təlimatların işlənib hazırlanması və zəruri texniki
sənədlərin tərtib edilməsi

Digər fəaliyyətlər
1. Yeni sistem və avadanlıqların qəbulu komissiyasının işində iştirak edilməsi
2. Struktur bölmənin fəaliyyəti ilə əlaqədar hesabatların (aylıq, rüblük və
illik) hazırlanması
3. Struktur bölmə üzrə iş planından kənar işlərin icra olunması ilə əlaqədar
təhlil işlərinin aparılması və müvafiq arayışın hazırlanması
4. Struktur bölməyə daxil olan sənədə (məktuba) cavab verilməsi üçün
mövzunun araşdırılması, məlumatların toplanması, təhlil edilməsi və
cavabın hazırlanması
5. Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması
6. Struktur bölmə üzrə əməyin mühafizəsi, istehsalat sanitariyası və texniki
təhlükəsizliyin tələblərinə, həmçinin ətraf mühitin mühafizəsi üzrə
tədbirlərin yerinə yetirilməsinə, zavod daxili intizam qaydalarına riayət
edilməsi

t11 t12 t13