26 C
Baku
Wednesday, April 24, 2024

İnsan Resursları departamentinin direktoru – ParaBokt

0
İnsan Resursları departamentinin direktoru – ParaBokt
Bakı
04.05.2021

İnsan Resursları departamentinin direktoru

Namizədə dair tələblər:

  • İnsan Resursları Departamentinin Direktoru vəzifəsində minimum 5 il iş təcrübəsi olmalıdır;
  • Əvvəlki iş yerlərində minimum 500-600 nəfərlik heyət ilə işləmək təcrübəsi olmalıdır;
  • İşçi heyətinin Planlaması, İşə Qəbul, Əmək Fəaliyyətinin  Qiymətləndirilməsi, Motivasiya və Təlim Sistemlərinin qurulmasında təcrübəsi olmalıdır;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməlidir;
  • Ali təhsil; 
  • Yaş həddi: 30-45;
  • MS Office (Word, Excell, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı olmalıdır;
  • Analitik təhlil qabiliyyətinə sahib olmalıdır;
  • Məsuliyyətli və diqqətli olmalıdır;
  • Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır;
  • Azərbaycan dili və Rus dili (əla), İngilis dili (yaxşı);

 

Vəzifə öhdəlikləri:

  • İnsan Resurslarının idarə olunması proqramını tərtib etmək  və müəyyən olunmuş planı şirkət daxilində icra etmək;
  • İşçiləri motivasiya və demotivasiya edən amilləri araşdırmaq və motivasiya proqramları hazırlamaq;
  • Müvafiq vakansiyalar üzrə yeni namizədlərin seçilməsi, müsahibələrin aparılması,  müasir qiymətləndirmə metodları  ilə namizədlərin qiymətləndirilməsi prosesini təşkil və icra etmək;
  • BOKT  işçilərin fərdi inkişaf planının hazırlanması və həyata keçirilməsini təmin etmək;
  • İnsan Resurlarına dair kargüzarlıq işinin, habelə sənədləşmə prosesinin Azərbaycan Respublikasının Əmək Qanunvericilinə müvafiq olaraq   düzgün aparılmasını təşkil etmək;
  • İnsan Resurlarının fəaliyyəti ilə bağlı mütəmadi olaraq rəhbərliyə hesabatlar təqdim etmək.


 İş şərtləri

  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “İnsan Resursları Departamentinin Direktoru” qeyd edərək  [email protected]  ünvanına göndərməyiniz xahiş olunur.


Qeyd edək ki yalnız tələblərə uyğun olan  namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

 

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, İnsan Resursları (HR)