7 C
Baku
Thursday, December 12, 2024

İnsan Resursları departamentinin direktoru və baş mütəxəssisi – ParaBokt

0
İnsan Resursları departamentinin direktoru və baş mütəxəssisi – ParaBokt
12.01.2021

İnsan Resursları departamentinin direktoru və baş mütəxəssisi tələb olunur.

 Direktor  Tələblər:

Şəxsi keyfiyyətlər:

o   Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;

o   Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;

o   Hesabatın hazırlanması və yazışma bacarığı;

o   Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;

o   Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;

o   Ünsiyyət qurabilmə qabiliyyəti;

o   Etikalı olmaq;

Peşəkar tələblər:

o   Humanitar və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;

o   Azərbaycan Respublikasının müvafiq qanunlarını,Əmək Məcəlləsini,Mərkəzi Bankın təlimatlarını  bilməsi;

o   İnsan Resursları işinin idarəolunması üzrə bacarıqlara malik olması;

o   Iki illik yüksək rütbəli vəzifədə qazanılmış təcrübə də daxil olmaqla, bu  sahədə bütövlükdə minimum dörd illik təcrübəyə malik olması;

o   Departament işlərini planlaşdırma bacarığına malik olması;

 

 Vəzifə öhdəlikləri:      

  • İnsan Resursları Departamentinin işinin təşkili və  idarə edilməsi planlarını və siyasətini inkişaf etdirir;
  • Strateji planın hazırlanması və icrası;
  • Təşilatın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün kadr tələblərinin müəyyən edilməsi;
  • İnsan Resurslarının idarə edilməsilə əlaqəli daxili prosedurların hazırlanması və icrasına nəzarət;
  • İR planının hazırlanması və məqsədlərin həyata keçirilməsi üçün İRK-nin yaradılması;
  • Təşkilatın tələblərini yerinə yetirmək üçün vaxtında və məhsuldar yolla müvafiq işçiləri cəlb etmək;
  • Baza əmək haqqı sisteminin yaradılması;
  • İşə götürmə qaydalarının yaradılması, ( işə qəbul CV-lərinin toplanılmasına nəzarət,  testlərin hazırlanması, müsahibənin təşkili işə qəbul zamanı əmək kitabçalarının açılmasına və əmək müqaviləsinin bağlanmasına  nəzarət);
  • İş təhlilinin aparılması və vəzifə təlimatlarının hazırlanması;
  • Vəzifələr üzrə əsas iş funksiyalarının müəyyən edilməsi və sənədləşdirilməsi;
  • Təşkilatın  tələbinə uyğun işə götürmə meyarlarının müəyyən olunması;
  • Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin, əmək bazarının qiymətləndirilməsi və işə götürmə agentlikləri ilə əlaqələrin  yaradılması;
  • Bankı potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmək strategiyanın hazırlanması və icrası;
  • Yeni işçilər üçün tanışlıq/oriyentasiya prosesinin, o cümlədən xidməti fəaliyyətin qiymətləndirməsi təhlili standartlarının hazırlanması, inkişaf etdirilməsi və/və ya tətbiq edilməsi;
  • Təşkilatın məqsədlərinə nail olmaq üçün lazım olan bilik və bacarıqları inkişaf etdirmək, iş zamanı çıxan problemlərinin  həllinə kömək göstərmək;
  • Yüksək göstəriciləri olan işçilərin bankda qalmasını nizamlayan, bankın məqsədlərinə nail olmasını dəstəkləyən və yüksək effektivliyi təmin edən müavinat və mükafatlar sistemini yaratmaq;
  • Müvafiq dərəcə və yüksəlmə strukturuna əsasən işçilərin mükafatlandırılması üçün bank üzrə mükafatlandırma proqramlarının yaradılması və həyata keçirilməsi;
  • Maliyyə və qeyri-maliyyə meyarlar əsasında həvəsləndirici mükafatlandırma proqramlarının tərtib edilməsi və həyata keçirilməsi;
  • Departament nəzdində fəaliyyət göstərən şöbələrin işinə birbaşa nəzarət etmək və cavabdehlik daşımaq;
  • İş yerində stimullaşdırma yaratmaq məqsədilə işçilər üçün həvəsləndirici mükafatların müəyyən edilməsi;
  • İşdən azad etmə və vəzifə dəyişmənin işçilərə olan neqativ təsirini nəzərə alaraq onun peşəkar, ədalətli və işçiyə və kollektivə mümkün qədər az təsir göstərən idarə olunması ƏM çərçivəsində təmin edilməlidir;
  • İR idarə edilməsi ilə əlaqədar informasiyanın effektiv və dəqiq təmin və emal edilməsinə, başqa biznes sistemləri və prosesləri ilə bütövlük təşkil etməsinə nail olma;
  • İşçilər üçün Təlimat Kitabçası, Etik davranış Məcəlləsi yazıb həyata keçirir;

Tələblər  Baş mütəxəssis

Vəzifə öhdəlikləri:      

  • Təşkilat üzrə potensial işçi mənbələrinin müəyyən edilməsini araşdırmaq;
  • Təşkilat tələblərini yerinə yetirmək üçün vaxtında və məhsuldar yolla müvafiq işçilərin cəlb etməsilə bağlı təkliflərin verilməsi;
  • Təşkilat üzrə mövcud vakansiyalara tələblərin müəyyən edilməsi, elanların yerləşdirilməsi,işə qəbul üzrə müsahibələrin aparılmasında iştirak;
  • Müvafiq vakansiya yarandıqda Banka daxil olan CV-lərin seçilməsi, aidiyyatı departamentlərlə müsahibənin keçirilməsinin təşkil edilməsi;
  • İşə qəbul edilən işçilərin eyni zamanda vəzifə dəyişikliyi və işdən azad edilmə prosesslərinin Elektron Hökümət Portalına yığılması;
  • Potensial namizədləri müəyyənləşdirmək məqsədilə daxili işçi heyətinin, əmək bazarının və işə götürmə agentliklərinin dəyərləndirilməsində iştirak etmək;
  • Təşkilatın potensial namizədlərə ən yaxşı iş yeri kimi tanıtmaq və təbliğ etmək;
  • Yeni işçilər üçün tanışlıq/oriyentasiya prosesinin, o cümlədən xidməti fəaliyyətin qiymətləndirməsi təhlili standartlarının hazırlanması, inkişaf etdirilməsi və/və ya tətbiq edilməsi;
  • Müvafiq dövlət idarələrinə və hesabat verilən təşkilatlara aylıq və illik hesabatın hazırlanmasına birbaşa nəzarətin həyata keçirilməsi;
  • Təşkilatın məqsədlərinə nail olmaq üçün lazım olan bilik və bacarıqları inkişaf etdirmək, iş prossesində ortaya çıxan problemlərinin  həllinə kömək göstərmək;
  • İşçilərin qiymətləndirmə sistemi KPİ üzrə qiymətləndirilməin keçirilməsi və nəzarət;
  • İnsan Resurslarının idarəedilməsilə bağlı təlimatların yazılmasında yaxından iştirak etmək;
  • İR idarə edilməsilə əlaqədar məlumatların effektiv və dəqiq təmin və təhlilinə, başqa biznes sistemləri və prosesləri ilə vəhdətin təşkil etməsinə nail olmaq;

 

Məsuliyyətləri :         

  • Öz  işinin nəticə və effektivliyinə
  • Ona həvalə olunmuş vəzifələrin düzgün və vaxtı-vaxtında yerinə yetirilməsinə
  • Bankın iş prosessinə mane olan halları aşkar edib qarşısın almasına
  • Bankın Daxili İntizam Qaydalarına riayət etmək

  • CV-ləri İnsan Resursları departamentinin direktoru və baş mütəxəssisi mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, İnsan Resursları (HR)