8 C
Baku
Friday, December 13, 2024

İT Strukturu – Şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis – AFB Bank

0
İT Strukturu – Şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis – AFB Bank
Bakı
18.11.2021

AFB Bank İT Strukturu Şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Əla səviyyədə Azərbaycan və orta səviyyədə İngilis dili bilikləri;
  • TCP/IP və OSI modeli haqqında dərin biliklər,
  • L2/L3 – LAN/WAN/SD-WAN şəbəkə texnologiyaları haqqında biliklər və iş təcrübəsi;
  • NGFW-lar (Palo Alto, FortiGate) haqqında biliklər və iş təcrübəsi,
  • Web Application Firewall üzrə biliklər və iş təcrübəsi,
  • İP Telefoniya bacarıqları (Asterisk FreePBX və voip texnologiyaları),
  • IPSec / VPN texnologiyaları (site-to-site vpn / remote access vpn) haqqında biliklər,
  • Tacacs, RADİUS, ISE avtorizasiya sistemlərinin tətbiqi ilə bağlı iş təcrübəsi,
  • CCNA / CCNP / CCNA Security sertifikatlarının olması arzuolunandır.

 

İŞİN TƏSVİRİ:

  • İnformasiya təhlükəsizliyinə aid  müraciətlərin uçotunu, bütün nasazlıqların ilkin təhlilini aparmaq;
  • Bankda şəbəkə avadanlıqlarına, şəbəkə və sistem proqramlara ilkin təhlükəsizlik xidmətinin göstərilməsini və qüsurların aradan qaldırılmasını təmin etmək;
  • Antivirus və Firewall proqramlarının işini vaxtaşırı yoxlamaq;
  • İnternetdən, E-mail  və (və ya) daxili poçtdan istifadə zamanı informasiya təhlükəsizliyini təşkil etmək;
  • Şəbəkə və sistem proqramlarının informasiya təhlükəsizliyini həyata keçirmək;
  • Server, şəbəkə və digər sistem avadanlıqlarında zəruri informasiyanın arxivləşdirilməsini  və zərurət olduqda bərpasını təşkil etmək;
  • Bankın informasiya təhlükəsizliyini yaxşılaşdırmaq və yeniləmək üçün daima araşdırmalar aparmaq və zəruri tədbirlərin görülməsi ilə əlaqədar təkliflər vermək;
  • Bankda istifadə olunan İT platformaların və ehtiyat mərkəzinin fasiləsiz fəaliyyətini təmin etmək;
  • Bankda mövcud sistemlər üzrə təhlükəsizlik avadanlıqlarının daima  işlək vəziyyətdə olmasını, onlara texniki xidmət göstərilməsini təmin etmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Şəbəkənin idarə edilməsi üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi