23 C
Baku
Saturday, April 20, 2024

Korporativ kreditlər üzrə baş mütəxəssis ( Sumqayıt filialı) – AFB Bank

0
Korporativ kreditlər üzrə baş mütəxəssis ( Sumqayıt filialı) – AFB Bank
Sumqayıt
18.11.2021

Vəzifə: Baş mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Sumqayıt şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsil;
  • Bank və ya bank olmayan kredit təşkilatında 3 il iş təcrübəsi;
  • Bank qanunvericiliyi bilikləri;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus dili bilikləri arzu olunandır;
  • Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;
  • MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;
  • Məsuliyyətlilik və dəqiqlik. 

İŞİN TƏSVİRİ:

  • Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;
  • Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;
  • Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə  çıxarılmasını təmin etmək;
  • Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;
  • Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;
  • Bankdaxili prosedurlara  uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər  üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;
  • Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;
  • Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə baş mütəxəssis qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi