7 C
Baku
Sunday, December 15, 2024

Maliyyə hesabatlığı və daxili nəzarət şöbəsi \ Böyük mütəxəssis – Azərbaycan Mərkəzi Bank

0
Maliyyə hesabatlığı və daxili nəzarət şöbəsi \ Böyük mütəxəssis – Azərbaycan Mərkəzi Bank
30.08.2023

Vakansiyanın təsviri

  • Mərkəzi Bankın gündəlik, rüblük, illik icmal maliyyə hesabatlarının hazırlanması və təhlilini həyata keçirir
  • Mərkəzi Bankın maliyyə fəaliyyəti barədə arayış və məlumatlar hazırlanmasını həyata keçirir
  • Mərkəzi Bankın Beynəlxalq Audit Standartlarına uyğun auditinin aparılmasının təşkilini həyata keçirir
  • Avtomatlaşdırılmış Bank Əməliyyat Sistemində baş mühasibat kitabına və mərkəzi aparat üzrə aparılmış gündəlik əməliyyatların ilkin uçot sənədlərinə sonradan nəzarəti həyata keçirir
  • Əməliyyatların Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğunun yoxlanılmasını həyata keçirir
  • Regional Mərkəzlər üçün balans və balansdankənar hesabların açılmasını həyata keçirir
  • Müştərilərin hüquqi sənədlərinin mövcudluğunun və qanunvericilik tələblərinə uyğunluğunun yoxlanılmasını həyata keçirir
  • Müştəri və hesablar üzrə sifarişlərin yoxlanılması və təsdiqini həyata keçirir
  • Regional Mərkəzlər üzrə dövriyyədən çıxan nağd pul üzrə əməliyyatların sistemə daxil edilməsini həyata keçirir
  • Məcburi Dövlət Sosial Sığorta Hesabatının hazırlanması və təqdim olunmasını həyata keçirir
  • Obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş investisiyalar haqqında “2-İnvestisiya” və “2-İnvestisiya hesabatına Əlavə” hesabatlarının Dövlət Statistika Komitəsinə təqdim edir
  • Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin hazırlayır
  • Mərkəzi Bankda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun uçot siyasətinin hazırlanmasını həyata keçirir
  • Mərkəzi Bankda Avtomatlaşdırılmış Bank Əməliyyat Sisteminin inkişaf etdirilməsi proseslərində iştirak edir
  • Portfel idarəetmə sistemində mühasibatlıq üzrə əməliyyat inzibatçılığının həyata keçirilməsini və menecer tərəfindən idarə olunan maliyyə alətləri üzrə mühasibat uçotunun aparılmasını həyata keçirir
  • Müvafiq normativ metodoloji bazasının hazırlanması və təkmilləşdirməsində iştirak edir
  • Test mövzuları Riyaziyyat
  • Məntiq
  • Ümumi iqtisadiyyat və bankçılıq
  • Maliyyə sistemi, maliyyə bazarları və alətləri
  • Valyuta bazarları
  • Sabit gəlirli qiymətli kağızlar bazarı
  • İnvestisiya portfelinin idarə olunması
  • Bank qanunvericiliyi
  • Maliyyə hesabatlarının beynəlxalq standartları
  • Mühasibat uçotu
  • İngilis dili

Xüsusi tələblər

  • Təhsil Maliyyə, iqtisadiyyat və riyaziyyat Ali təhsil
  • Texniki biliklər Təqdimat və yazı bacarığı Yüksək səviyyədə
  • Layihələrin idarə olunması Yüksək səviyyədə
  • Mühasibat Uçotunun Beynəlxalq Standartları haqda bilgilər Yüksək səviyyədə
  • Layihələrin idarə edilməsi üzrə biliklər Yüksək səviyyədə
  • Təqdimat və akademik yazı bacarığı Yüksək səviyyədə
  • Təcrübə  Maliyyə sektorunda iş təcrübəsi 3 il
  • Maliyyə sektorunda iş təcrübəsi 3 il
  • Dil bilikləri Azərbaycan dili Yüksək səviyyədə
  • İngilis dili Orta səviyyədə
  • Kompüter bacarığı MS Office proqramları Yüksək səviyyədə
  • Əlavə bilik və bacarıqlar Davranış kompetensiyaları
  • Analitik təhlil etmə
  • Komandada işləmə
  • Məsuliyyətlilik
  • Planlaşdırma
  • Stressə davamlılıq
  • Təkmilləşməyə meyllilik
  • Təşəbbüskarlıq
  • Vaxtın idarə edilməsi
  • Sertifikatlar Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə müvafiq sertifikat və ya diplom arzuolunandır
Müraciət üçün (CV)https://www.cbar.az/hr/f?p=100:106

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi