25 C
Baku
Saturday, April 20, 2024

Marketinq və sığorta məhsullarının hazırlanması şöbəsinin mütəxəssisi – Ateshgah Sigorta

0
Marketinq və sığorta məhsullarının hazırlanması şöbəsinin mütəxəssisi – Ateshgah Sigorta
Bakı
13.01.2021

Vəzifənin adı- Mütəxəssis
Struktur bölməsi- Marketinq və sığorta məhsullarının hazırlanması şöbəsi

Kimə hesabat verir, tabeçiliyi Marketinq və sığorta məhsullarının hazırlanması şöbəsinin müdirinə

İxtisas tələbləri

Mütəxəssis aşağıda sadalanan tələblərə uyğun olmalıdır:

• Marketinq sahəsində təcrübə;
• Təşəbbüskar olmalı;
• Kompüterdə sərbəst işləməyi bacarmalı;
• Ünsiyyətcil, özünə əminlik hissi, yüksək intellektual səviyyəli olmalı;
• İnkişafa meyilli olmalı;
• Məsuliyyətli, diqqətli və yaradıcı olmalı;

Mütəxəssis bilməlidir:

• Azərbaycan, rus və ya ingilis dillərini;
• Microsoft Office (Word, Excel, Power Point) proqramlarını, elektron poçtdan istifadə qaydalarını;

Mütəxəssisin vəzifə öhdəlikləri aşağıdakılardır:

• Marketinq planının hazırlanması, həyata keçirilməsi və monitorinqi
• Podratçı şirkətlərlə iş (iclaslarda iştirak, müqavilələrin icrası / razılaşdırılması, monitorinq fəaliyyəti)
• Şirkət brendinin istifadəsinə nəzarət və monitorinqi
• Biznes kartları sifariş etmək, müvafiq podratçı şirkətin işinin icrasına nəzarət etmək və prosesini sona çatdırmaq
• Promo məhsulların dizaynının hazırlanması,istehsalı və keyfiyyətinə nəzarət edilməsi
• Xarici reklam, təqdimat fəaliyyəti, təqdimat materialları
• Rəqiblərin marketinq fəaliyyətinin monitorinqi
• Podratçı şirkətlərlə işləmək
• SMM-in dəstəklənməsi və monitorinqi (müqavilələrin icrası / təsdiqi, sosial layihələr, videolar, müqavilələrin hazırlanması, monitorinqi və nəzarəti)
• Korporativ saytın məzmununun monitorinqi və vaxtında yenilənməsi
• İdarə Heyəti / Komitələr üçün təqdimatların və hesabatların hazırlanması
• Birbaşa rəhbərin və o cümlədən şuranın / komitələrin təlimatlarının yerinə yetirilməsi

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Marketinq və sığorta məhsullarının hazırlanması şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur

İşin aid olduğu sahə

KateqoriyaSığorta