2 C
Baku
Sunday, December 15, 2024

Front-end web developer – Yelo Bank

0
Front-end web developer – Yelo Bank
Bakı
13.01.2021

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Front-end web developer” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Front-end web developer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Proqramlaşdırma Departamenti / Proqramlaşdırma şöbəsi
Vəzifə: Front-end web developer
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə müdiri

Vəzifə öhdəlikləri:

– Veb layihələrin tərtibatı;
– Layihələr üçün yeni səhifələrin hazırlanması, əlavə və dəyişikliklərin edilməsi;
– Yazılan kodların test edilməsi, yaranan problemlərin analiz edilməsi və aradan qaldırılması;
– Proqram təminatı istifadəçisindən daxil olan tələblərin təhlil edilməsi və həll olunması.

Vəzifəyə tələblər:

– React, Node.js, Vue.js , HTML, CSS, JavaScript, TypeScript, PHP, MySQL, MS SQL, SQL üzrə biliklər;
– Şəbəkə protokolları və verilənlər bazaları ilə iş təcrübə;
– Müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;
– Bank işi haqqında məlumat, bank işində təcrübə arzuolunandır.

Biz Sizə nə təklif edirik:

– Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
– Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
– Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
– Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, İT