19 C
Baku
Sunday, May 19, 2024

Metodologiya və Biznes Proseslər üzrə Aparıcı Mütəxəssis – Azərpoçt

0
Metodologiya və Biznes Proseslər üzrə Aparıcı Mütəxəssis – Azərpoçt
Bakı
15.12.2023

Vəzifə öhdəlikləri:
Biznes Proseslər üzrə metodoloji bazanın təkminləşdirilməsi:
Müştəri xidmətlərinin və məhsullarının/əməliyyatlarının optimallaşdırması;
Filialların yükünü azaltmaq məqsədi ilə proseslərin/əməliyyatların avtomatlaşdırılması, mərkəzləşdirilməsi və rəqəmsallaşdırılması üzrə işlər aparılması;
Mövcud biznes proseslərin təkminləşdirilməsi məqsədi ilə təhlil işlərinin aparılması və məlumatların toplanması;
Müştərilərə xidmət göstərilməsi ilə əlaqədar proseslərdə/əməliyyatlarda/ məhsullarda məhdudiyyətlərin və çatışmazlıqların aşkarlanması və təhlili;
Proseslər və məhsullarla bağlı yeni ideaların, təkliflərin təhlili və dəyərləndirilməsi;
Biznes proseslər üzrə daxili qaydaların və normativlərin işlənib hazırlanması, daxili qaydalar üzrə metodoloji bazanın təkminləşdirilməsi və yenilənməsi;
Sənədlərin / daxili reqlamentlərin yoxlanması və standartlaşdırılması.
Vəzifə üzrə tələblər:
İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
Özünü inkişaf etdirmə;
Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
Rus və ingilis dili biliyi;
MS Office proqramlarından istifadə bacarığı;
Təqdimat və ünsiyyət bacarığı;
Yeniliklərə açıqlıq və dəyişikliklərə uyğunlaşma;
Prosedurların və daxili normativ qaydaların hazırlanması üzrə təcrübə.
İş şəraiti:

5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
Korporativ nömrə ilə təmin olunma ;
Bazar rəqabətli əmək haqqı;
İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Biznes proseslər üzrə aparıcı mütəxəssis” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər