Online satış üzrə kredit mütəxəssisi – BOKT “Caspian İnvest”

0
Online satış üzrə kredit mütəxəssisi – BOKT “Caspian İnvest”
09.09.2026

BOKT “Caspian İnvest” MMC Online satış üzrə kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.  

Vəzifə öhdəlikləri:  

  •  Müştərilərdən daxil olan onlayn müraciətlərin operativ cavablandırılması;
  •  Kredit müraciətlərinin qəbul edilməsi və ilkin təhlilinin aparılması;
  •  Müştərilərin maliyyə vəziyyətinin və ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
  •   Tələb olunan sənədlərin yoxlanılması və kredit dosyelərinin hazırlanması;
  •   Daxili prosedur və qaydalara uyğun anderraytinq rəyinin hazırlanmasına dəstək göstərilməsi;
  •   Müştərilərlə davamlı əlaqələrin qurulması və yüksək xidmət səviyyəsinin təmin edilməsi;

Tələblər:

  • Ali və ya orta ixtisas təhsili (maliyyə, iqtisadiyyat, biznes və ya digər uyğun ixtisaslar);
  • Elektronika sahəsində onlayn satış və ya kredit analizi sahəsində iş təcrübəsinə üstünlük verilir;
  • Analitik düşünmə və qərarvermə bacarığı;
  • Ünsiyyət və satış bacarıqları;
  • MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
  • Azərbaycan dilini səlis bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
  • Bəy namizədlərə üstünlük verilir. 

 İş şəraiti:

  • Ünvan: Bakı şəhəri, Ə.Rəcəbli küç. 2/15
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müəyyən olunacaq.

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki,  cv-ni “Online satış üzrə kredit mütəxəssisi” mövzu hissəsində qeyd etməklə elektron poçtuna göndərsinlər.

İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi