Müdafiə Sənayesi Nazirliyinin zavodunun rəhbəri dəyişib

Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə olan  dəqiq mexanika  və  optik  cihazların  istehsalı üzrə ixtisaslaşmış “Alov” zavodunun (əvvəlki İskra) direktoru dəyişdi.

Banker.az-ın bu barədə əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Ruhin Cəfərov İslam oğlu “Optika-Mexanika” İstehsalat Birliyi Məhdud Məsuliyyətli Cəmiyyətinin “Alov” zavodunun direktoru təyin edilib.

Bundan öncə zavodun direktoru Sabir Rzayev Fərzi oğlu idi.

Qeyd edək ki, “Optika-Mexanika İstehsalat Birliyi” MMC 2006-cı ildən dövlət qeydiyyatına alınıb, “Alov” zavodu isə 1995-ci ildən fəaliyyətdədir.

İskra zavodu 1975-ci ildə SSRİ müdafiə sənayesi nazirinin əmrinə əsasən Azov Optika-mexaniki zavodun filialı kimi yaradılmış və 1978-ci ildən fəaliyyətə başlamışdır.

1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən İskra zavodu  Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirmişdir.

2006-cı ildən İskra zavodu Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.

2008-ci ildən Alov zavodu adı altında fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər