7 C
Baku
Sunday, December 15, 2024

Oktyabrda sərnişinlərin 38%-ni AZAL və Buta daşıyıb

2022-ci ilin oktyabr ayında Azərbaycanın beynəlxalq hava limanları 507 min sərnişinə xidmət göstərib. Ümumilikdə, cari ilin 10 ayı ərzində bu göstərici 4,4 milyon nəfəri ötüb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun payına 429 min sərnişin düşür ki, bunun da 370 min nəfərini beynəlxalq reyslərin sərnişinləri təşkil edir.
AZAL və “Buta Airways” aviaşirkətləri oktyabr ayı ərzində 105 min sərnişinə və beynəlxalq reyslər üzrə 58 min sərnişinə xidmət göstərmişdilər. Bu, beynəlxalq daşımaların ümumi sayının 38% təşkil edir.
2022-ci ilin oktyabr ayında 27 xarici aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm reyslər yerinə yetirmişdir. AZAL və “Buta Airways” aviaşirkətlərini nəzərə almadan, ən çox sərnişin “Aeroflot”, “Turkish Airlines”, “Utair”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınmışdır.
Oktyabr ayında Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna İstanbul, Moskva, Dubay, Tbilisi, Əbu-Dabi, Ankara, Daşkənd, Ciddə, Təl-Əviv və Şarja şəhərləri daxil olmuşdur. Ümumilikdə bu istiqamətlər üzrə 252 min sərnişinə xidmət göstərilmişdir.
Son xəbərlər
Digər xəbərlər