6 C
Baku
Monday, December 16, 2024

Pakistan dəniz yolu ilə Azərbaycana kartof və naringi ixracına başlayıb

İranda yeni növ koronavirusun yayılmasından sonra qonşu ölkə ilə sərhədlərini bağlayan və ticarəti dayandıran Pakistan İraq və Azərbaycana meyvə-tərəvəz ixracını davam etdirmək üçün yeni üsula əl atıb.

Pakistanın “Tribune” nəşrinə istinadən xəbər verilir ki, daha əvvəl İran vasitəsilə İraq və Azərbaycana kartof və naringi ixrac edən Pakistan artıq dəniz yolu ilə təchizata başlayıb.

Nəşr yazır ki, Pakistan-İran sərhədinin bağlanması ixracatçılara zərbə vurub, onlar daha çox zərərə qatlaşmamaq üçün çıxış yolunu dəniz yolundan istifadədə görüblər.

Pakistan Meyvə-Tərəvəz İdxalçıları, İxracatçıları və Ticarətçiləri Assosiasiyasının (PFVA) rəhbəri Vahid Əhməd bildirib ki, Pakistan hər il adıçəkilən iki ölkəyə 800 ton kartof və 500 ton naringi ixrac edir.

©Report

Son xəbərlər
Digər xəbərlər