Ermənistan və Azərbaycan dəmir yolu ilə bağlı qarşılıqlı anlaşmaya malikdir.
Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan regional nəqliyyat dəhlizlərinin açılması ilə bağlı yerli jurnalistlərin sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, hazırda Üçtərəfli İşçi Qrup konkret məqsədlərlə bağlı fəaliyyət göstərir və bu, dəmir yolu xəttinin Ermənistandan keçən seksiyasının inşasıdır.
Mqer Qriqoryan qeyd edib ki, dəmir yolu ilə bağlı müsbət məqamlar var və hazırda bu sahədə ekspert işləri aparılır.