30 C
Baku
Thursday, June 30, 2022

🔴CANLI: Rusiya-Ukrayna müharibəsinin 37-ci günü

20:58 -Rusiya aviasiyası bir gündə Ukraynanın 40 hərbi obyektini vurub

19: 40 Ukrayna SQ Rusiyaya məxsus hərbi kalonu vurub

18:44 -Danimarkanın sürücülük avadanlığı istehsalçısı Danfoss şirkəti Rusiya və Belarus bazarlarını tərk etməyə hazırlaşır

TELEQRAM KANALIMIZ: t.me/Banker_az

17:45 Xarkov vilayətinin İzyum şəhəri yaxınlığında Ukrayna hərbçiləri Rusiya tanklarının kolonunu məhv edib.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

17:18 Ukrayna hərbçiləri ilk dəfə Rusiyanın “Mi-28” helikopterini vurub

Bildirilib ki, Ukraynanın şərqində hava məkanında Rusiya Silahlı Qüvvələrinə məxsus “Mi-28” və “Ka-52” helikopterinin uçuşu zamanı zenit raket qurğusu onlardan birini vurub.

Vurğulanıb ki, indiydək Ukrayna hərbçiləri iki “Ka-52” vurub, “Mi-28″i isə ilk dəfədir məhv edilər.

17:00Putin Təhlükəsizlik Şurasını toplayıb, daxili təhlükəsizliklə bağlı əlavə tədbirlərə baxılır

“Bu gün daxili təhlükəsizlik sahəsində təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün əlavə tədbirlərlə bağlı məsələni müzakirə edəcəyik”, – V.Putin deyib.

16:20 —Bu ilin I rübündə Rusiyanın təbii qaz inhisarçısı “Qazprom” şirkətinin “mavi yanacaq” ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 27,1% az – 38,5 milyard kubmetr təşkil edib.

15:05 —Ərdoğan: “Zelenski və Putin İstanbulda görüşməyə müsbət yanaşır”.

14:24 — Avropa Komissiyası Rusiya qazını əvəz etmək üçün fövqəladə plan hazırlayıb.

14:23 — Aprelin 1-dən etibarən Rusiya qazının Latviyaya axını dayanıb. Bu barədə Latviyanın qaz nəqli sisteminin operatoru və qaz anbarı “Conexus Baltic Grid” tərəfindən məlumat verilib.

14:21Ukrayna XİN başçısı Dmitri Kuleba Varşavada keçirdiyi brifinqdə bildirib ki, onlar Rusiya ilə danışıqlar prosesində Qərbdən təzyiq hiss etmirlər.

14:20 — Putinin sözçüzü Dimitri Peskov deyib ki, yaz hərbi çağırışının Ukraynadakı xüsusi əməliyyatla heç bir əlaqəsi yoxdur.

14:19 —  Rusiya Prezidenti Vladimir Putin bir sıra xarici kreditorlar qarşısında nəqliyyat sahəsində maliyyə öhdəliklərinin yerinə yetirilməsinin müvəqqəti proseduru haqqında fərman imzalayıb.

14:16 —  Dimitri Peskov deyib ki, Rusiya qazı üçün rublla ödənişlər sistemi haqqında fərman “başqa şərtlər yaranarsa” ləğv edilə bilər, aprelin 1-dən qaz üçün rublla ödənişlərə keçid təchizatın dərhal kəsilməsi demək deyil, ödənişlər bir ay ərzində həyata keçirilir.

14:15 —  Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Valdimir Putin arasında telefon danışığı olacaq.

14:07 — Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi başlayıb.

14:03 — Rusiyanın neft anbarının vurulması məlumatı Putinə çatdırılıb. Gedişat barədə qərar vermək yalnız onun səlahiyyətindədir. Bunu Putinin sözçüzü Dimitri Peskov deyib.

13:19 — Avstriya deyir ki, dənizə çıxışımız yoxdur, Rusiya qazından imtina edə bilməyəcəyik.

12:57 — Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqlar bu gün davam etdiriləcək.

12:36 — Böyük Britaniya Ukrayna-Rusiya danışıqlarında ABŞ, Fransa və Almaniyadan daha sərt mövqe tutur və Kiyevə hələ Moskva ilə müqavilə bağlamamağı tövsiyə edir. Britaniya hökumətindəki mənbələrə istinadən “The Times” qəzeti yazıb.

11:30 — Aprelin 7-sindən “Disney” öz filmlərinin Rusiya kinoteatrlarında yayımını tamamilə dayandırır.

11:26 — Rusiya Mərkəzi Bankı fiziki şəxslər üçün xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri yumşaldır. İndi bir hesabdan ayda 10 min dollara qədər, hesabsız isə 5 min dollara qədər vəsait köçürmək mümkündür.

11:10 — ABŞ tezliklə Rusiya və Belarusdakı 120 şirkətə Amerikanın qabaqcıl texnologiyalarının ötürülməsinə məhdudiyyətlər qoyacaq, Ağ Evin kommunikasiya direktoru Keyt Bedinqfild brifinqdə bildirib. O, planlaşdırılan sanksiyaların dəqiq vaxtını açıqlamayıb.

11:02RIA Rusiya Xarici İşlər Nazirliyinin rəsmisinə istinadən xəbər verir ki, Rusiya Avropa İttifaqından sanksiyaların dayandırılmasını tələb etməyəcək və kifayət qədər “təhlükəsizlik marjası” var.

10:36Rusiya: Belqorod şəhərinin Qubernatoru bildirib ki, şəhərdə baş verən hadisələrə görə Kursk vilayətinin təhlükəsizlik xidmətləri yüksək hazırlıq vəziyyətinə düşüb.

10:36 — Rusiyanın Belqorod şəhərində neft anbarı yanır.

10:22 — Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyatı bildirir ki, Ukraynanın əks-hücumları davam edir, ərazilərini geri alır.

09:23 — Rusiya XİN: Hazırkı şəraitdə NATO ilə siyasi dialoq qeyri-mümkündür.

08:50 — Rusiyanın Belqorod şəhərindəki neft bazasında yanğın Ukrayna Silahlı Qüvvələrinə məxsus iki helikopterin endirdiyi hava zərbəsi nəticəsində baş verib.

07:32 — Avropa Komissiyası (AK) Avropa İttifaqına üzv dövlətlərə öz ərazilərində qəbul etdikləri Ukraynadan olan hər bir qaçqına görə icma fondlarından 40 avro məbləğində ödəniş təmin etmək niyyətindədir.

06:16 — Yaponiyanın sanksiya tətbiq etdiyi Rusiya şirkətlərinin adları məlum olub: “Apollon”, “RK Briz”, “ZİL-M” və “Parsek”.

05:42 — Çinin “Huawei” şirkəti Rusiyaya telekommunikasiya sahəsində dəstəyi davam etdirəcəyi təqdirdə Vaşinqtonun yeni sanksiyaları ilə üzləşə bilər.

05:23 — Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik xidmətinin 2 generalını rütbədən məhrum edib. Rütbədən məhrum edilənlər Baş Daxili Təhlükəsizlik İdarəsinin rəisi Andrey Naumov və idarənin Xerson vilayətindəki şöbəsinin rəisi Sergey Krivoruçkodur.

05:02 — Serbiya Prezidenti Aleksandar Vuçiç  deyir ki, Serbiya iqtisadiyyatı 100% Rusiya qazından asılıdır, ona görə də Belqrad Moskva ilə qarşıdakı qaz danışıqlarında yaxşı qiymətə ümid edir.

04:45 — Avropa sanksiyalarına məruz qalan Rusiya vətəndaşlarının İtaliyadakı 900 milyon avro dəyərində əmlakı müsadirə edilib.

04:39 — Microsoft Qərbin sanksiyalarına məruz qalmayan Rusiyadan olan müştəriləri ilə əməkdaşlığı dayandırmayacaq.

04:23 — ABŞ administrasiyası Kiyevə 350 milyon dollarlıq hərbi yardım paketinin transferini başa çatdırıb.

04:19 — ABŞ senatorlarından ibarət ikipartiyalı qrup dövlət katibi Entoni Blinkenə məktub göndərərək, Ukrayna hadisələri ilə əlaqədar Rusiyanı Amerika Dövlətləri Təşkilatındakı daimi müşahidəçi statusundan məhrum etməyə çağırıb.

04:05 — İsveç ukraynalı qaçqınlar üçün mənzil və digər xərclər üçün büdcədən 10,5 milyard İsveç kronu (1.1 milyard ABŞ dolları) ayıracaq.

03:46 — Rusiya ordusunun müəyyən ərazilərdə əlavə qüvvələr cəmləşdirdiyi vaxtda Ukraynanın tərəfdaşlardan daha çox dəstəyə ehtiyacı var, Ukrayna Prezidenti Vladimir Zelenski.

03:27 — Ukrayna Təhlükəsizlik Xidmətinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəhbəri Andrey Naumov və Ukrayna Təhlükəsizlik Xidmətinin Xerson vilayəti üzrə İdarəsinin keçmiş rəhbəri Serqey Krivoruçkonun general rütbəsindən məhrum edilib.

03:04 — Qərb ölkələri Ukraynanı digər silah və hərbi texnika ilə yanaşı, on minlərlə tank əleyhinə, eləcə də yüzlərlə və ya minlərlə “Stinger” tipli daşına bilən hava hücumundan müdafiə sistemləri ilə təmin edir.

02:39 — ABŞ-ın Quru qoşunlarının qərargah rəisi general Ceyms Makkonvil : “Böyük güclər arasında müharibə yolverilməzdir”.

02:32 — Yaxın gələcəkdə Rusiya Ukrayna ərazilərinin üçdə birini tutmağa çalışacaq, Polşanın Baş naziri Mateuş Moravetski deyir.

02:14 — Rusiya müharibə başlayandan bugünədək Ukrayna şəhərlərinə 1 370 raket atıb.

02:02 — Rusiya qüvvələrinin əsas hissəsinin Donbasda cəmləşməsi və burada güclü Ukrayna ordusu ilə üzləşməsi münaqişənin uzanacağı barədə düşünməyə əsas verir. Bunu Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.

01:10 — Kuleba: “Bəzi Qərb ölkələri artıq anti-Rusiya sanksiyalarından yorulub”.

00:34 — Böyük Britaniya Ukraynanı uzaqmənzilli hava hücumundan müdafiə sistemləri və artilleriya ilə təmin edəcək.

00:11 Gürcüstan Ukraynada keçirilən hərbi əməliyyata görə Rusiyaya qarşı tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulub.


Müharibənin 36-cı günü
Müharibənin 35-ci günü
Müharibənin 34-cü günü
Müharibənin 33-ci günü
Müharibənin 32-ci günü
Müharibənin 31-ci günü
Müharibənin 30-cu günü
Müharibənin 29-cu günü
Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Oxşar xəbərlər