17 C
Baku
Şənbə, May 28, 2022

Rusiya-Ukrayna müharibəsinin 48-ci günü

15:15 — Lukaşenko bildirib ki, Belarus Rusiya Federasiyası ilə birliyi gücləndirməkdə qərarlıdır.

13:48 — Vladimir Putin deyib ki, Ukraynada həyata keçirilən əməliyyatın məqsəd və vəzifələrinin yerinə yetiriləcəyinə şübhə yoxdur.

11:25 — Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak deyib ki, Avropa İttifaqı Ukraynaya daha çox silah verəcək.

11:02 — Rusiyanın hərbi əməliyyatları nəticəsində Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində azı 10 min dinc sakin ölüb. “Associated Press” xəbər verir ki, bunu Mariupol şəhərinin meri Vadim Boyçenko bildirib.

10:35 — Rusiya İranın silah qaçaqmalçılığı şəbəkələrinin köməyi ilə Ukraynadakı hərbi əməliyyatlarda istifadə etmək üçün İraqdan sursat və hərbi texnika alır.

10:21 — Rusiya Quru Qoşunlarının 42-ci motoatıcı qvardiya diviziyasının 291-ci motoatıcı alayında xidmət edən polkovnik-leytenat Dibir Dibirov Ukrayada hərbi əməliyyatlar nəticəsində ölüb.

09:30 —Ukrayna MN: “Rusiya hərbçiləri mülki geyimdə döyüşməyə başlayıblar”

08:43 —Birləşmiş Ştatlar Rusiya qoşunlarının Ukraynada iğtişaşları yatırması vasitələrini diqqətlə izləyir və təsdiqini axtarır. Lakin Pentaqon Rusiya qoşunlarının Mariupolda kimyəvi silahdan istifadə etməsi ilə bağlı xəbərləri hələlik təsdiqləməyib.

08:25 — ABŞ bütün ölkələri Rusiyadan silah almamağa çağırıb. Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken məlumat verib.

08:01 — Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasından olan 398 nəfərə və 28 təşkilata qarşı əlavə sanksiyaların tətbiqini təsdiqləyib.

04:45 — Hindistanın Baş naziri Putini Zelenski ilə birbaşa danışıqlara dəvət edib.

03:20 — ABŞ Müdafiə Nazirliyinin bir sıra rəsmiləri bildiriblər ki, Birləşmiş Ştatlar və Ukrayna Rusiyanın bu ölkənin şərqində və cənubunda apardığı hərbi kampaniyanın intensivləşməsinə qarşı yönəlmiş təhlükəsizlik yardımının yeni mərhələsi üzrə intensiv danışıqlar aparır. CNN

02:09 — Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərində hərbçilərə və mülki şəxslərə qarşı naməlum zəhərli maddədən istifadə ediblər.

01:44 — Ukrayna kifayət qədər ağır silah alacağı təqdirdə Mariupol şəhərini blokadadan çıxara bilər. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi videomüraciətində deyib.


Müharibənin 47-cı günü
Müharibənin 46-cı günü
Müharibənin 45-ci günü
Müharibənin 44-cü günü
Müharibənin 43-cü günü
Müharibənin 42-ci günü
Müharibənin 41-ci günü
Müharibənin 40-cı günü
Müharibənin 39-cu günü
Müharibənin 38-ci günü
Müharibənin 37-ci günü
Müharibənin 36-cı günü
Müharibənin 35-ci günü
Müharibənin 34-cü günü
Müharibənin 33-ci günü
Müharibənin 32-ci günü
Müharibənin 31-ci günü
Müharibənin 30-cu günü
Müharibənin 29-cu günü
Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Oxşar xəbərlər