26 C
Baku
Sunday, April 21, 2024

Rusiya-Ukrayna müharibəsinin 49-cu günü

17:03 — İsveçrə Rusiya və Belarusa qarşı beşinci sanksiyalar paketini qəbul edib.

16:56 — İran Rusiyanın Ukraynadakı müharibəsinə qarşıdır, Ukrayna XİN rəhbəri Dmitro Kuleba deyir

“İranın xarici işlər naziri ilə telefon danışığım oldu. İran Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarşıdır, diplomatik həll yolunu dəstəkləyir. İran şirkətlərinin köməyi ilə Rusiyaya silah ötürülməsi ilə bağlı iddiaları təkzib etdiyinə və Ukraynaya göndərilən tibbi heyətə görə xarici işlər naziri Abdullahiana minnətdarıq”

16:45 — Finlandiyanın baş naziri: NATO-ya üzv olmaq qərarı bir neçə həftə ərzində veriləcək.

“Bizdə çətin qərar qrafiki yoxdur, amma düşünürəm ki, olduqca tez olacaq. Bir neçə həftə ərzində aylar deyil.”

16:23 — Böyük Britaniya hökuməti sabahdan Rusiyadan çuqun və polad idxalına icazə verməyəcək.

16:09 — Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov bildirir ki, Xarkov vilayətində iki Rusiya təyyarəsi Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulub.

13:49 — İsveçin “SVD” qəzeti bu ölkənin NATO-ya üzv olmaq üçün iyun ayında müraciət edəcəyini yazır.

12:10 — Əgər Rusiya qazının Almaniyaya axını dayanarsa, Almaniyada 2023-cü ildə resessiya olacaq, iqtisadi institutlar bildirir (AFP).

12:01 — Xarici onlayn mağazalar Rusiyadakı “UnionPay” kartlarından ödəniş etməyi bloklayıb.

Qeyd edək ki, “Visa” və “Mastercard” Rusiyada fəaliyyətini dayandırdıqlarını açıqladıqdan sonra Rusiya Çinin “UnionPay” ödəniş sisteminə keçmişdi. Lakin görünür ki, artıq o da işləmir.  – Kommersant nəşri

11:51 — Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə Vladimir Putinlə yenidən söhbət etmək niyyətində olduğunu bildirib. O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenski ilə də danışmaq niyyətindədir.

11:42 — Pentaqon Ukraynaya Mi-17 helikopterləri və “Humvee” yolsuzluq avtomobillərinin təhvil verilməsini nəzərdən keçirir. Bunu Washington Post yazır.

11:27 — “Bloomberg” şirkət nümayəndəsinə istinadən xəbər verir ki, İsveçrə-Hollandiya neft ticarəti şirkəti “Vitol Group” bu ilin sonunadək Rusiya nefti ilə ticarəti dayandırmağı planlaşdırır.

08:20 — ABŞ Ukraynaya əlavə 750 milyon dollarlıq hərbi yardım ayıracaq. Məlumata görə, avadanlığın tərkibi ilə bağlı yekun qərar hələ verilməyib. “Prezident Bayden administrasiyasının Ukraynaya daha 750 milyon dollarlıq hərbi göstərməsi gözlənilir”, – mesajda bildirilib.

02:30 — Türkiyə mövcud münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra televiziya ilə çıxışında deyib.

01:54 — ABŞ Prezidenti Cozef Bayden Rusiyanın Ukraynadakı hərəkətlərini ilk dəfə olaraq soyqırım adlandırıb.

00:04 — Ukrayna Prezident Volodimir Zelenski həbsdə olan deputat Viktor Medvedçukla bağlı Rusiya Federasiyasına təkliflə çıxış edib.


Müharibənin 48-ci günü
Müharibənin 47-ci günü
Müharibənin 46-cı günü
Müharibənin 45-ci günü
Müharibənin 44-cü günü
Müharibənin 43-cü günü
Müharibənin 42-ci günü
Müharibənin 41-ci günü
Müharibənin 40-cı günü
Müharibənin 39-cu günü
Müharibənin 38-ci günü
Müharibənin 37-ci günü
Müharibənin 36-cı günü
Müharibənin 35-ci günü
Müharibənin 34-cü günü
Müharibənin 33-ci günü
Müharibənin 32-ci günü
Müharibənin 31-ci günü
Müharibənin 30-cu günü
Müharibənin 29-cu günü
Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər