15 C
Baku
Sunday, November 24, 2024

Rusiya-Ukrayna müharibəsinin 36-cı günü

19:12 ⇒Rusiya Avropa İttifaqının rəhbər şəxslərini “qara siyahı”ya salıb

18:37 ⇒Çinin Huawei şirkəti Rusiya ilə əməkdaşlığı genişləndirdiyinə görə ABŞ-ın yeni sanksiyalarına məruz qala bilər

18:29 ⇒ABŞ Rusiya ilə əlaqəli daha 13 şəxsə və 21 təşkilata sanksiyalar tətbiq edib

17:30 ⇒ Paris və Berlin Rusiya Federasiyasının qaz tədarükünün rubllaABŞ Rusiya ilə əlaqəli daha 13 şəxsə və 21 təşkilata sanksiyalar tətbiq edib ödənilməsi ilə bağlı şərtlərini qəbul etməyəcəklər, Fransa Maliyyə Nazirliyinin rəhbəri bildirib.

17:19 ⇒ Putin dost olmayan ölkələrlə qaz ticarəti qaydaları haqqında fərman imzalayıb. O, bu ölkələrlə ticarətin rublla həyata keçiriləcəyini vurğulayıb. SərəncamABŞ Rusiya ilə əlaqəli daha 13 şəxsə və 21 təşkilata sanksiyalar tətbiq edib aprelin 1-dən qüvvəyə minəcək.

16:30Beynəlxalq reytinq agentliyi “Moody`s” bütün Rusiya şirkətlərinin reytinqlərini geri götürüb. Martın əvvəlində agentlik Rusiya Federasiyasında kommersiya fəaliyyətini dayandırıb.

16:23 ⇒Rusiyanın VEB.RF bankı və Hindistanın Ehtiyat Bankı ölkələr arasında hesablaşmalar üçün öz beynəlxalq köçürmələr sisteminin yaradılması üzrə işləri başa çatdırıblar, bu barədə Hindistanın “Economic Time” qəzeti məlumat verib.

15:53 ⇒🗣Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan bu gün bunları deyir:

    • Güclü Rusiyanın belə ciddi itkiləri var. Bunu müharibənin qalibi və uduzan tərəfi baxımından yaxşı qiymətləndirmək lazımdır.
    • Türkiyə Ukraynanın təhlükəsizliyini təmin edəcək ölkələrdən biri ola bilər. Məqsədimiz sizi ən qısa zamanda bir araya gətirməkdir.
    • Azərbaycan Üçtərəfli Bəyanatın bəndlərinə tam əməl edir. Burada Azərbaycana hücum olduğu üçün müdafiə reaksiyası da oldu. Əsas odur ki, Üçtərəfli Bəyanatın bəndlərinə uyğun olaraq, erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarılması təmin edilsin.
    • Biz Rusiyaya qarşı sanksiyalara qoşulmayacağımızı və bunun səbəblərini dəfələrlə açıqlamışıq.
    • Bir tərəfdən Rusiyanın hərbi fəaliyyətinə reaksiya göstərir, digər tərəfdən də təmasları davam etdiririk. Bu təmaslar təkcə Ukrayna üçün yox, Suriya, Liviya, Cənubi Qafqaz kimi, bir çox regionlar üçün də əhəmiyyətlidir
    • Mən cənab Putinin Ukraynanın Avropa İttifaqına daxil olmasına müsbət münasibətini eşitdim və öyrəndim. Təbii ki, bu görüşlər zamanı yekun vəziyyəti öyrənəcəyik. Onunla görüşüm zamanı bunu eşitmək bizə bu istiqamətdə atılacaq addımları daha düzgün qiymətləndirmək imkanı verəcək”.
    • Ukrayna xüsusilə NATO-ya üzvlüklə bağlı çox israrlı mövqe nümayiş etdirmir. Əslində Ukraynanın Avropa İttifaqı məsələsində də çox israrlı olacağını düşünmürəm. Çünki bəziləri istisna olmaqla, Avropa İttifaqına üzv dövlətlər buna ciddi yanaşmadılar.
    • Putin və Zelenski ilə danışacaq.

14:34 ⇒ Mario Draqinin əlavə etdiyi kimi, Rusiya Prezidenti Vladimir Putin ona qaz müqavilələrinin fəaliyyətini davam etdirməsi barədə məlumat verib. Baş nazirin sözlərinə görə, şirkətlər ödənişləri avro və dollarla həyata keçirəcək, konvertasiya isə Rusiyanın daxili işidir.

14:25 ⇒ İtaliyanın Baş naziri Mario Draqi deyib ki, Putin ona Ukraynada atəşkəs üçün şərtlərin hələ “yetişmədiyini” bildirib.

14:02 ⇒Rusiya və Hindistan SWIFT-in analoqunu yaradıblar.

12:59 ⇒Ukrayna XİN başçısı Aİ-ni Rusiyaya qarşı yeni sanksiyalar qoymağa çağırıb.

12:16ABŞ Hindistanı Rusiyadan neft idxalındakı kəskin artıma qarşı xəbərdar edir.

12:08 ⇒ Nüfuzlu bank EBRD Rusiyada son 32 ilin ən böyük resessiyasının olacağını deyir.

11:24 ⇒ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyir ki, Ukrayna neytral status və NATO-ya üzv olmamaqla bağlı tələblərlə razılaşır.

11:22 ⇒ Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə gələcək, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

11:20 ⇒ Britaniya kəşfiyyatının rəhbəri: “Wagner” çox sayda personalını Ukraynaya göndərməyə hazırlaşır”

10:21 ⇒ Çin XİN rəsmiləri Rusiya nefti və qazının rublla alınması ilə şərti razılaşdığını bildirib. Bununla belə, Çin departamentinin nümayəndələri ölkənin digər valyutalardan da imtina etməyəcəyini qeyd ediblər.

09:37 ⇒ Britaniya kəşfiyyatı bildirir ki, Kiyev ətrafında şiddətli döyüşlərin olacağı ehtimal edilir.

09:35 ⇒Almaniya hakimiyyəti Rusiya şirkətləri və vətəndaşlarının Almaniyadakı hesablarında olan 95 milyon avrodan çox vəsaiti (indiki məzənnə ilə 8.9 milyard rubl) dondurub. Almaniya hökuməti ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyalarla əlaqədar bloklanan pulun miqdarı barədə məlumat yayıb.

09:16 ⇒ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiya gübrəsini mümkün sanksiyalara məruz qalmayan həyati əhəmiyyətli məhsullar siyahısına daxil edib. Qeyd edək ki, bu siyahıya kənd təsərrüfatı məhsulları, dərmanlar və tibbi məhsullar da daxildir.

09:03 ⇒Avstraliya Rusiya və Belarusdan idxal edilən mallara 35% rüsum tətbiq edib.

08:55 ⇒Böyük Britaniya Rusiya qazının pulunu rublla ödəməyəcək. Bu barədə “The Telegraph” Britaniya hökumətinə istinadən məlumat yayıb. Nazirlər Kabinetinin sözçüsünə görə, energetika naziri Kvazi Kvartenq və onun həmkarları “Rusiya yanacağı üçün pul ödəməyəcəklərini açıq şəkildə bildirib”. Daha əvvəl G7 ölkələri Rusiya Federasiyasından rubla qaz almaqdan imtina edib.

07:58 ⇒Rusiya ağır itkilərlə qoşunlarının bir hissəsini Kiyev və Çerniqov vilayətlərindən çıxarıb.

06:51 ⇒Ukraynanın paytaxtı Kiyevdə havadakı çirkləndirici maddələrin səviyyəsi normadan təxminən beş dəfə çoxdur. Şəhərin bəzi ərazilərində havadan yanıq qoxusu gəlir.

04:03 ⇒Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Rusiyaya qarşı müharibəsini Vətən Müahribəsi adlandırıb.

03:20 ⇒BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Federiko Villeqas Ukraynaya qarşı müharibə zamanı Rusiyanın hərbi və digər cinayətlərini araşdırmaq üçün komissiyanın üç üzvünü təyin edib. Onların vəzifələrinə pozuntular və sui-istifadə hallarına dair sübutların toplanması və təhlili daxildir.

02:13 ⇒Ukrayna: Zelenski-Putin görüşünə hazırlıq gedir.

01:45 ⇒Rusiya qoşunları Çernobıl Atom Elektrik Stansiyasından çıxmağa başlayır.
Bu barədə AFP Pentaqona istinadən məlumat yayıb. Təfərrüatlar hələlik məlum deyil.

01:20 ⇒ Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Mərakeş və Gürcüstandakı səfirlərini geri çağırıb. Dövlət başçısı “diplomatik cəbhə”ni ölkədəki hərbi əməliyyatlardan heç də az əhəmiyyətli olmadığını qeyd edib.

00:07 ⇒ Dnepropetrovsk vilayətində Rusiya ordusunun raketi Novomoskovskdakı fabrikə düşüb.


Müharibənin 35-ci günü
Müharibənin 34-cü günü
Müharibənin 33-ci günü
Müharibənin 32-ci günü
Müharibənin 31-ci günü
Müharibənin 30-cu günü
Müharibənin 29-cu günü
Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.

Son xəbərlər
Digər xəbərlər