17:37 — Mariupolda Ukraynaya aid yük gəmisinin heyəti əsir götürülüb
17:19 — Zelenski müharibənin yeni dalğasının başlayacağı barədə xəbərdarlıq edib
17:05 — Lavrov: “Ukraynadakı əməliyyat ABŞ-ın hegemonluğuna son qoyacaq”
17:00 — Ukraynada müharibə getdiyi bir ay müddətində ölkənin nəqliyyat və infrastruktur sektoruna 36 milyard dollar məbləğində ziyan dəyib.
14:00 — Dmitri Peskov: “Putinlə Lukaşenko Uzaq Şərqdə görüşəcək”
13:00 — Almaniyanın XİN başçısı: “Ukraynanın ağır texnikaya ehtiyacı var”
12:55 — Zelenski dünya şirkətlərini Rusiya ilə əlaqələri kəsməyə çağırıb.
“Təkcə ayrı-ayrı dövlətlər deyil, həm də dünya şirkətləri Rusiya ilə bütün əlaqələri, ilk növbədə isə neft sahəsində əlaqələri kəsməlidir. Rusiya hələ də hiss etmir ki, dayanmaq lazımdır. Bu, o deməkdir ki, təkcə dövlət səviyyəsində deyil, daha çox iş görülməlidir. Rusiya banklarının qlobal maliyyə sistemləri ilə əlaqələri tamamilə qırılmalıdır”, – o bildirib.
12:00 — Ukrayna DİN: Rusiyanın Donbasa böyük hücumu başlayıb
11:30 — Rusiya Ordusu Ukraynada anqarda gizlədilən S-300 zenit-raket diviziyasını məhv edib
11:04 — Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 725 tankı, 1923 zirehli döyüş maşını, 347 artilleriya sistemi, 111 reaktiv yaylım atəş sistemi, 55 havadan müdafiə sistemi, 154 hərbi təyyarəsi, 137 helikopteri, 1387 avtomobil texnikası, 7 gəmi/kateri, 76 yanacaq çəni, 119 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 25 xüsusi avadanlığı məhv edilib.
Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 19 500 canlı qüvvəsini itirdiyini bəyan edib.
11:00 — Nikolayevin meri Aleksandr Senkeviç: “Nikolayevdə 56 sakin öldürülüb, 317 nəfər yaralanıb”
06:02 — Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Olaf Şoltsla söhbətindən sonra Almaniyanın mövqeyinin Ukraynanın xeyrinə dəyişdiyini bildirib.
05:39 — İsveç və Finlandiya bu yay NATO-ya daxil olmaq niyyətindədir, Böyük Britaniyanın “Times” qəzeti mənbələrə istinadən yazır.
04:10 — Amerika Birləşmiş Ştatları hələ də sovet istehsalı olan qırıcıların Almaniya ərazisindən Ukraynaya ötürülməsi ideyasını dəstəkləmir. Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib ki, Şərqi Avropada bir ölkə Kiyevə MiQ-29 və ya digər sovet istehsalı olan təyyarələr göndərmək arzusunu ifadə edərsə, bu, onların öz qərarı olacaq.
04:02 — Rusiya hərbçilərinin Ukraynanın şimal vilayətlərini tərk etməsindən sonra onların hərbi cinayətlərinə dair yeni sübutlar üzə çıxıb.
03:40 — Dünya Bankından bildiriblər ki, Ukraynanın cənubundakı Qara dəniz limanlarının blokadası və ölkənin şərqində sənayeyə dəyən ziyana görə, Ukraynanın ÜDM-nin 2022-ci ildə təxminən 45% azalacağı proqnozlaşdırılır.
02:15 — Rusiya məğlubiyyətdən ehtiyat etdiyi üçün yeni həftə daha ağır olacaq.
02:02 — Ukrayna Ali Radasına hərbi xidmətə yarayan kişilərin ölkə ərazisində müharibə zamanı iştirak etmədiklərinə görə cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi təqdim edilib.
01:44 — Rusiyalı milyarder Roman Abramoviç “Çelsi”nin satışı ilə bağlı müqavilə başa çatdıqdan sonra İspaniyanın “Valensiya” klubunu almağa çalışacaq.
Müharibənin 46-cı günü
Müharibənin 45-ci günü
Müharibənin 44-cü günü
Müharibənin 43-cü günü
Müharibənin 42-ci günü
Müharibənin 41-ci günü
Müharibənin 40-cı günü
Müharibənin 39-cu günü
Müharibənin 38-ci günü
Müharibənin 37-ci günü
Müharibənin 36-cı günü
Müharibənin 35-ci günü
Müharibənin 34-cü günü
Müharibənin 33-ci günü
Müharibənin 32-ci günü
Müharibənin 31-ci günü
Müharibənin 30-cu günü
Müharibənin 29-cu günü
Müharibənin 22-ci günü
Müharibənin 21-ci günü
Müharibənin 20-ci günü
Müharibənin 19-cu günü
Müharibənin 16-18-cü günü
Müharibənin 15-ci günü
Müharibənin 14-cü günü
Müharibənin 10-13-cü günü
Müharibənin 9-cu günü.
Müharibənin 8-ci günü.
Müharibənin 7-ci günü.
Müharibənin ilk 6 günündə baş verənlər.