7 C
Baku
Thursday, December 12, 2024

“Samsung” şirkəti böyük tutumlu batareyaya malik smartfonunu təqdim edib

“Samsung” şirkəti tərəfindən təqdim edilmiş yeni ucuz “Galaxy A02” smartfonu böyük tutumlu akkumulyator və ikiqat əsas kamera ilə təchiz edilib.

1,5 hers takt tezlikli “MediaTek MT6739W” platformasına malik olan “Samsung Galaxy A02” aparatı 2/3 QB əməli yaddaş, 32/64 QB daxili yaddaşa malikdir. Smartfon 1560×720 piksel təsvir ölçülü 6,5 düymlük LCD ekranla təchiz edilib.

Ucuz olmasına baxmayaraq, cihaz iki sensordan (13 və 2 mp) ibarət kamera modulu ilə təchiz edilib. “Galaxy A02” smartfonu “LTE”, “Wi-Fi”, “Bluetooth 5”, naviqasiya, audioxek, iki SİM kart və yaddaş kartı dəstəyinə malikdir. Həmçinin 5000 milliamper/saat tutumlu akkumulyatora malikdir.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər