6 C
Baku
Saturday, December 14, 2024

Taleh Kazımov: “Podyezd”də, “budka”da valyuta məntəqələri olmamalıdır

Yeni təklif olunan qanunda “Exchange” – valyuta mübadilə şöbələrinin müstəsna fəaliyyət kimi nəzərdə tuturuq və istəyirik ki, ölkəmizdə beynəlxalq təcrübədəki kimi banklardan ayrı, institsuional bir valyuta mübadilə biznesi formalaşsın.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

“Hamımız xaricə gedəndə görürük ki, səliqəli, normal valyuta mübadilə məntəqələri var. Mən də bir azərbaycanlı kimi istəyərəm ki, bizdə də belə olsun. Hansısa “podyezd”də, “budka”da yox, institutsional formada valyuta mübadilə şöbələri formalaşsın. Qanun da bunu nəzərdə tutur”, – deyə Taleh Kazımov əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər