13 C
Baku
Friday, April 19, 2024

“Xalq Sığorta” şirkətində 18 milyon manatlıq zərər

2019-cu ildə “Xalq Sığorta” şirkətinin zərəri 17 milyon 656 min manat olub. 2018-ci ilin müvafiq dövründə isə sığorta şirkətinin xalis mənfəəti 2 milyon 250 min manat təşkil edib.

Banker.az bu barədə Sığorta şirkətinin maliyyə göstəricilərinə istinadən xəbər verir.

2019-cu ildə “Xalq Sığorta”nın cəmi gəlirləri 12  milyon 435 min manat, cəmi xərcləri isə 30 milyon 91 min manat təşkil edib.

Ötən ilin sonunda sığorta şirkətinin cəmi aktivləri 71 milyon 721 min manat olub. Hesabat ilinin əvvəlində isə aktivləri 58 milyon 951min manat təşkil edib. Belə ki, hesabat dövrünün sonunda “Xalq Həyat”ın cəmi aktivləri 22% artıb.

Bildirək ki, 2005-ci ildən başlayaraq “Xalq Sığorta” ASC sığorta şirkəti kimi öz fəaliyyətini həyata keçirir

Son xəbərlər
Digər xəbərlər