16 C
Baku
Friday, April 26, 2024

“Xalq Sığorta” Turizm Agentliyi işçilərinin könüllü tibbi sığortası üçün bu qədər pul alacaq

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin “İşçilərin könüllü tibbi sığortası xidmətinin satın alınması” üçün elan etdiyi tenderin qalibi müəyyənləşib.

Banker.az xəbər verir ki, “Xalq Sığorta” şirkəti qalib elan edilib və bu sığorta şirkəti ilə müqavilə bağlanılıb. Müqavilənin ümumi məbləği 8 min 766 manatdır.

Xatırladaq ki, “Xalq Sığorta” şirkəti 2005-ci ildə başlayaraq öz fəaliyyətini həyata keçirir. Sığorta şirkətinin ödənilmiş nizamnamə kapitalı 58 750 500 manat təşkil edir və qanuni təmsilçisi Raman Kurbanau-dur. Şirkətin səhmlərinin 50%-i “İdeal Business Co.” MMC-yə, 50%-i isə “Euro Standard” MMC-yə (“Xalq Bank” ASC-nin 33,85%-lik səhmdarı, “Bank Avrasiya” ASC-nin 37,5%-lik səhmdarı) məxsusdur.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər