10 C
Baku
Wednesday, December 11, 2024

Muxtariyyət əmsalı (Equity ratio, autonomy ratio)

0

Have a Question?

Muxtariyyət əmsalı (maliyyə müstəqilliyi əmsalı) şəxsi kapitalın təşkilatın kapitalının (aktiv) ümumi məbləğinə olan nisbətini xarakterizə edir. Əmsal təşkilatın kreditorlardan nə dərəcədə asılı olmadığını göstərir. Əmsalın dəyərinin nə qədər kiçik olması, onun borc maliyyələşmə mənbələrindən nə qədər çox asılı olduğunu və maliyyə vəziyyətinin nə qədər az stabil olmasını deyir.

Hesablanma düsturu Muxtariyyət əmsalı = Şəxsi kapital/Aktivlər 

Düsturun surət və məxrəci təşkilatın mühasibat balansında əsk olunur, burada isə aktivlərin höyüklüyü hər zaman təşkilatın şəxsi və borc kapitalına bərabərdir.

Dünya təcrübəsində əmsalın normal dəyəri minimum olaraq şəxsi kapitalın 30-40%-ə qədəri həcmində qəbul ediləndir. Lakin istənilən halda sözügedən göstərici sahədən, daha dəqiq isə şirkətin strukturunda qısamüddətli və uzunmüddətli aktivlərin nisbətindən asılıdır. Təşkilatın uzunmüddətli aktivlərinin payı nə qədər böyükdürsə, onları maliyyələşdirmək üçün bir o qədər çox uzunmüddətli mənbə tələb olunur. Bu isə o deməkdir ki, şəxsi kapital payı da bir o qədər çox olmalıdır (muxtariyyət əmsalından yüksək).

Muxtariyyət əmsalının artımı təşkilatın daha çox şəxsi maliyyələşmə mənbələrinə müraciət etdiyindən xəbər verir.

Dünya təcrübəsində mahiyyət etibarilə muxtariyyət əmsalına zidd olan maliyyə asılılığı əmsalı (debt ratio) daha geniş yayılıb. Lakin burada da şəxsi və borc kapitalının nisbəti xarakterizə olunur. Qərb təcrübəsində istifadə olunan digər bir analoji göstərici maliyyə leverage əmsalıdır (debt to equity ratio).