Have a Question?
İnvestisiyanın Xalis bugünki dəyərini sıfara bərabərləşdirən faiz dərəcəsinə daxili gəlirlilik faizi (IRR) deyilir. Bu faiz elə bir faizdirki, bu faiz həddində investisiya üzrə gəlirlərin bugünki dəyərinin cəmi xərclərin bugünki dəyərinin cəminə bərabər olur. Bu faiz dərəcəsi ilə hesablanan xalis bugünki dəyər sıfıra bərabərdir.
İnvestisiya, daxili gəlirlilik faizi (IRR) dərəcəsində gəlir gətirərsə, bu investisiya üzrə gəlir investisiyaya çəkilən xərc miqdarında olacaqdır. İnvestisiyanın gəlirlilik faizi Daxili gəlirlilik faizindən (IRR) yüksəkdirsə investisiya əlverişsiz (investisiya üzrə gəlir xərcdən az olacaq), əks halda investisiyanın gəlirlilik faizi Daxili gəlirlilik faizindən (IRR) aşağıdırsa investisiya əlverişlidir (investisiya üzrə gəlir xərcdən çox olacaq).
Daxili gəlirlilik faizi (IRR) aşağıdakı düsturla hesablanır:
Xalis bugünki dəyərin hesablanmasında istifadə etdiyimiz misalda (dərs: IM6) investisiyanın daxili gəlirlilik faizini (IRR) hesablayaq.
Misal: fərz edək ki, bir investisiya imkanımız var. Bu investisiyaya $5 milyon manat pul qoyuluşu tələb olunur. İnvestisiyanın birinci ilin sonunda $1.6 milyon, ikinci ilin sonunda $2.4 milyon və üçüncü ilin sonunda $2.8 milyon gəlir gətiricəyi praqnoz edilir. İnvestisiyanın daxili gəlirlilik faizi (IRR) nə qədərdir?
Hal-hazırda hesabladıq ki, investisiyanın daxili gəlirlilik faizi (IRR) 15.52%-dir. Bu o deməkdir ki, 15.52% dərəcəsində investisiyanın xalis bugünki dəyəri sıfıra bərabərdir. Biz isə bu misalda Xalis bugünki dəyərin hesablanmasında investisiyanın gəlirlilik faizini 12% götürmüşdük (dərs: IM6) və investisiyanın bizə 334 800 dollar gəlir gətirəcəyini hesablamışdıq. Yuxarıda qeyd etdiyimiz kimi, gəlirlilik faizi < daxili gəlirlilik faizi (IRR) onda Xalis bugünki dəyər > 0 (12% < 15.52%, Xalis bugünki dəyər = 334 800).
innab.org