Hal hazırda Mühasib tələb olunur.
Vəzifə öhdəlikləri:
• Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal-material ehtiyatlarının və digər maddi aktivlərin daxil olması, hərəkəti, silinməsi barədə məlumatları ilkin sənədlərə əsasən uçota almaq və düzgünlüyünü yoxlamaq
• Əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, mal-material ehtiyatlarının və digər maddi aktivlərin hərəkəti, silinməsi, istifadəyə verilməsi kimi işlərin ilkin sənədlərinin qanunvericilik və uçot prinsiplərinin müvafiq tələblərinə uyğun olaraq düzgün və vaxtında tərtib olunmasına, mövcudluğuna, müvafiq şəkildə uçot zamanı nəzərə alınmasına və yoxlanımasına, düzgün şəkildə qovluqlaşdırılaraq saxlanılmasına nəzarət etmək
• Əsas vəsaitlərin və onların amortizasiya siyasətini və cədvəlini qurmaq və hesabat dövrü üzrə yeniləmək
• İcarəyə verilən və götürülən əsas vəsaitlərin uçotunu aparmaq
• Gömrük bəyannamələrini vaxtı-vaxtında təhlil etmək və mühasibat uçotunda əks etdirmək
Namizədə qoyulan tələblər:
• Beynəlxalq və ümumqəbuledilmiş prinsiplərə uyun olaraq mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanmasına dair biliklərə malik olmaq
• Azərbaycan Respublikası vergi və əmək qanunvericiliyi və digər əlaqədar qanunvericiliyə dair müvafiq səviyyədə biliklərə sahib olmaq
• 1C Proqramında və Microsoft Office proqramlarında (xüsusi ilə MS Word, Excel və PowerPoint) orta səviyyədə işləmək bacarığına malik olmaq
• Elektron hökümət portallarından ilkin istifadə biliklərinə malik olmaq
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq
• İqtisadiyyat, mühasibat uçotu və audit, maliyyə, qiymətləndirmə və digər müvafiq istiqamətdə bakalavr dərəcəsi
• Mühasibat uçotu, maliyyə və digər müvafiq istiqamətdə beynəlxalq peşəkar kvalifikasiya (ixtisaslaşma proqramı) üzrə təhsilin ilkin pilləsində olmaq
• Maliyyə və mühasibatlıq sahəsində 2 ildən az olmayaraq iş təcrübəsinə malik olmaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mühasib” qeyd etmələri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |