14 C
Baku
Saturday, November 23, 2024

KOB kreditləri üzrə Anderrayter – Accessbank

0
KOB kreditləri üzrə Anderrayter – Accessbank
23.04.2019

KOB kreditləri üzrə Anderrayter

Əsas funksiyaları:

  • Müzakirəyə çıxarılmış kredit təkliflərinə ilkin baxış və onların müzakirəsi;
  • Müştərinin bütün normalara müvafiqliyinin yoxlanması üçün bütün sənədlərin nəzərdən keçirilməsi və təhlili;
  • Müştərinin maliyyə təhlilinin, monitorinqinin və nəzarət vizitlərinin keçirilməsi4
  • Müəyyən olunmuş limitlərdə kredit komitələrində iştirak etmək;
  • Gecikdirilmiş və restrukturizasiya edilmiş kreditlərin təhlili;
  • Müxtəlif bank seqmentlərində tendensiyaların tədqiqi və təhlili.

Namizədlərə qarşı irəli sürülən tələblər:

  • KOB kreditləşməsi və ya KOB Anderraytinq sahəsində ən azı 2 illik iş təcrübəsi;
  • Mükəmməl analitik vərdişlər;
  • Müştərinin maliyyə hesabatlılığının başa düşülməsi, təfsilatlara qarşı diqqətcillik;
  • Müştərilərə və bankın filiallarına baş çəkmək imkanı;
  • Məsuliyyət, ünsiyyətcillik, iş qabiliyyəti, inadcıllıq, tez öyrənmək bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərini bilmək;
  • MS Office, Mc Outlook kompüter proqramları ilə sərbəst işləmək bacarığı.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

İşin aid olduğu sahə

KateqoriyaKredit anderraytinqi