9 C
Baku
Thursday, December 12, 2024

Maliyyə hesabatlılığı şöbəsinin rəhbəri – Accessbank

0
Maliyyə hesabatlılığı şöbəsinin rəhbəri – Accessbank
29.05.2019

Maliyyə hesabatlılığı şöbəsinin rəhbəri

Öhdəliklər:

Aşağıdakıların təmin olunması üzrə maliyyə hesabatlılığı şöbəsinin işçi heyətinin gündəlik fəaliyyətini idarə etmək:

 Məlumatların vaxtlı-vaxtında toplanması;
 Ali rəhbərlik, xarici tərəfdaşlar, tənzimləyicilər və s. üçün aylıq hesabatların tərtib edilməsi;
 Əlavə məlumatların / hesabatların təqdim olunması üçün digər departamentlərlə əməkdaşlıq;
 Əllə icra olunan proseslərin sürətləndirilməsi və hesabat prosesinin avtomatlaşdırılma səviyyəsinin artırılması imkanlarının müəyyən edilməsi.
– Hesabat departamentinin fəaliyyətini tənzimləyən daxili prosedurlarını tətbiq etmək və mütəmadi qaydada yeniləmək;
– Beynəlxalq Maliyyə Hesabatları Standartlarının (BMHS) tələblərinə uyğun şəkildə mühasibat uçotu siyasəti ilə əlaqədar sənədləri tərtib və tətbiq etmək və qoruyub saxlamaq;
– Maliyyə hesabatları və mühasibat uçotu ilə əlaqədar kənar auditorlarla əlaqə saxlamaq, audit prosesini bankdaxili strategiyalarla və qərarlarla tənzimləmək; auditin nəticələri ilə əlaqədar illik maliyyə hesabatlarının hazırlanmasında fəal iştirak etmək;
– BMHS-na müvafiq surətdə hesabatların hazırlanması üzrə aralıq daxili prosesləri tənzimləmək və illik auditə hazırlığı düzgün təşkil etmək.

Tələblər:

 Mühasibatlıq / maliyyə ixtisası üzrə magistr dərəcəsi
 Mühasibatlıq / maliyyə hesabatları sahəsində ən azı 2 illik iş tərcübəsi. Auditor şirkətləri ilə əməkdaşlığın mövcudluğuna üstünlük verilir;
 BMHS prinsiplərini, mühasibat uçotu və hesabatlılıq üzrə tənzimləyici tələbləri peşəkar səviyyədə bilmək və onları şərh etməyi, Bankın mütəmadi maliyyə hesabatlarına tətbiq etməyi bacarmaq;
 Microsoft Excel və digər MS Office proqramları ilə peşəkar səviyyədə işləmək bacarığı;
 İngilis dilini peşəkar səviyyədə bilmək;
 Mükəmməl analitik bacarıq, təfsilatlara qarşı yüksək diqqətcillik;
 Komandada işləmək, iş prosesində heyət üzvlərini təkmilləşdirməyə çalışmaq;
 Mükəmməl ünsiyyət vərdişləri;
 Nizam-intizam qaydalarına və vaxt çərçivəsinə riayət etmək bacarığı.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə