11 C
Baku
Monday, November 25, 2024

Hüquqi təminat idarəsinin kiçik/aparıcı hüquqşünası – AR Maliyyə Bazarlarına Nəzarət Palatası

0
Hüquqi təminat idarəsinin kiçik/aparıcı hüquqşünası – AR Maliyyə Bazarlarına Nəzarət Palatası
05.09.2019

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Hüquqi təminat idarəsinin kiçik/aparıcı hüquqşünası vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.

Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inkişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

• Tam ali təhsil (Hüquq);
• Analoji sahə üzrə 1-3 il iş təcrübəsi;
• Maliyyə bazarlarına nəzarət haqqında qanunvericilik, normayaradıcılıq prosesi, korporativ hüquq, hüquq nəzəriyyəsi, mülki və inzibati hüquq
• Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bilikləri;
• İT resursları və ofis proqramları;
• Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, operativlik və gərgin iş rejimində işləmək bacarığı, normayaradıcılıq bacarığı, təşəbbüskarlıq, problemləri həll etmə, qərarvermə, təşkilatçılıq, analitik düşüncə.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR

• Palatanın daxili normativ sənədlərinin hazırlanmasını həyata keçirir;
• Maliyyə bazarlarının tənzimlənməsi ilə bağlı hüquqi aktların layihələrini hazırlayır;
• Palatanın bağladığı təsərrüfat və digər mülki-hüquqi xarakterli müqavilələri tərtib edilməsi və onların hüquqi ekspertizasının keçirilməsi ilə əlaqədar işləri həyata keçirir;
• Məhkəmə instansiyalarında Palatanın nümayəndə qismində təmsil edir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaHüquq