“Avtolüks Azərbaycan” MMC-yə Sənəd dövriyyəsinin təşkili şöbəsinin müdiri tələb olunur.
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Namizədə olan tələblər:
1. Ali təhsili (iqtisadi və ya hüquqi təhsil arzuolunandır);
2. Müvafiq sahədə minimum 5 il iş stajı
3. Analitik düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
4. MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusilə Word);
5. Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
1. Şirkətin müvafiq struktur bölmələri ilə birlikdə məhsulların tətbiqi ilə bağlı tələb olunan sənədlər toplusunu (formalar, blanklar, məhsulların pasportları və s.) hazırlamaq və Şirkətin müvafiq strukturları ilə razılaşdırmaq;
2. Şirkətin aidiyyəti bölmələrinin analitik məlumatları əsasında bu və ya digər fəaliyyət istiqamətləri üzrə istifadə olunan daxili lokal normativ aktların dəyişdirilməsinə dair metodiki tövsiyələr və təkliflər vermək;
3. Şirkətin “Normativ aktlar haqqında” Qaydalarına uyğun olaraq, Şirkətin müvafiq idarəetmə orqanı tərəfindən təsdiq edilən şirkət daxili normativ sənədlərin nömrələnməsini və qeydiyyatını təmin etmək;
4. İş prosesində şirkətin fəaliyyətini tənzimləyən şirkət daxili normativ aktların təkmilləşdirilməsi, o cümlədən bu və ya digər xidmətlərin optimallaşdırılması üzrə nümunəvi layihələr, metodiki tövsiyələr və təkliflər vermək;
5. Şirkət daxili şöbələrin əsasnamələrinin hazırlanmasında struktur bölmələrə metodiki tövsiyələr vermək, ehtiyac yarandığı halda nümunəvi formalar təqdim etmək, əsasnamələrə dəyişikliklər etmək;
6. Daxili prosedurların, qaydaların, təlimatların, Pasportların və s., təkmilləşdirilməsi məqsədi ilə rəy və təkliflər vermək;
7. Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək;
Email : [email protected]
Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |