13 C
Baku
Sunday, November 24, 2024

Hüquqşünas – Autolux Azerbaijan LLC

0
Hüquqşünas – Autolux Azerbaijan LLC
05.09.2019

“Avtolüks Azərbaycan” MMC-yə Hüquqşünas tələb olunur.

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Namizədə olan tələblər:

1. Hüquq ixtisası üzrə ali təhsil;
2. Azərbaycan dilində səlis nitq və yazışma aparma qabiliyyəti ;
3. Müvafiq sahədə minimum 5 il iş stajı ;
4. Mövcud qanunvericilikləri bilmək;
5. Analitik düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
6. MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusilə Word);
7. Xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə öhdəlikləri:

1. Şirkətin fəaliyyəti zamanı hüquqi uyğunluq məsələlərinin tənzimlənməsi ;
2. Müqavilə layihələrinin hazırlanması, şirkətin adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy verilməsi ;
3. Bütün dövlət idarəetmə , notariat , məhkəmə və icra orqanlarında Şirkətin təmsil edilməsi, daxili normativ sənədlərinin hazırlanması, yenilənməsi, saxlanılması, biznes proseslərə uyğunlaşdırılması ;
4. Şirkət daxili şöbələrinin əsasnamələrinin hazırlanmasında struktur bölmələrə metodiki tövsiyələr vermək, ehtiyac yarandığı halda nümunəvi formalar təqdim etmək, əsasnamələrə dəyişikliklər etmək;
5. Qəbul edilən sorğular əsasında hüquqi rəy, müvafiq orqan, idarə və təşkilatlara sorğuların hazırlanması;
6. Daxili prosedurların, qaydaların, təlimatların, Pasportların və s., təkmilləşdirilməsi məqsədi ilə rəy və təkliflər vermək;
7. Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək;

Email : [email protected]

Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

İşin aid olduğu sahə

KateqoriyaHüquq