“Mətanət A” şirkəti Avadanlıqlar üzrə Mexanik-çilingər vakansiyanı elan edir
İşin təsviri:
Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək;
Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək;
İstehsal qurğu və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək;
Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq ;
Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;
Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;
Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;
Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq.
Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
Təhsil: Ali;
Yaş həddi: 25-45
Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı;
Dillər: Rus biliyi arzu olunandır.
İş şəraiti:
İş saatı: 09-00-dan 18-00-dək;
İş günü: Həftənin 6 günü;
Bazar günü istirahət;
Servis xidməti mövcuddur;
Nahar şirkət tərəfindən qarşılanır;
AR ƏM-nə uyğun sənədləşmə.
İş yeri: AZ 1023-Masazır-2( Bakı-Sumqayıt şosesi,Masazır qəsəbəsi dairəsinin yaxınlığı)
Şəxsi keyfiyyətləri:
Fikrini izah etmək qabiliyətli;
Ünsiyyət yaratmaq bacarıqlı;
Fəal olması;
İşə planlı yanaşması.
Qeyd:
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |